Ay tutulması yaxınlaşır: Yuxusuzluq, əsəb və baş ağrısı arta bilərmi?

Ay tutulması yaxınlaşır: Yuxusuzluq, əsəb və baş ağrısı arta bilərmi?Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Belə astronomik hadisələr yaxınlaşdıqca sosial şəbəkələrdə "insanlar əsəbi olacaq", "xroniki xəstəliklər kəskinləşəcək", kimi iddialar yenidən gündəmə gəlir.

Bəs Ay tutulması həqiqətən insan orqanizminə təsir göstərə bilərmi?

Lent.az bu mövzuda araşdırma aparıb.

Mütəxəssislərin sözlərinə görə, Ay tutulmasının özünün insan orqanizmində xüsusi fizioloji dəyişiklik yaratdığını sübut edən etibarlı elmi dəlil yoxdur. Ay tutulması Yer Günəşlə Ayın arasına daxil olduqda və Yerin kölgəsi Ayın üzərinə düşdükdə baş verir. Yəni Yer üzündə yaşayan insan birdən-birə yeni və ya qeyri-adi bir fiziki təsirə məruz qalmır. ABŞ Geoloji Xidməti bildirir ki, Ay tutulduğu üçün onun Yerə və insanlara cazibə təsiri qəfil güclənmir

Bəs niyə bəzi insanlar Ay tutulması zamanı özlərini qəribə hiss etdiklərini deyirlər?

Burada Ay tutulması ilə dolunay anlayışlarını bir-birindən ayırmaq lazımdır.

Ay tutulması yalnız dolunay zamanı mümkündür. Buna görə də "Ay tutulması mənə təsir etdi" deyən insanın hiss etdiyi dəyişiklik nəzəri olaraq tutulmadan deyil, Ayın fazası, gecə işıqlılığı, yuxu rejiminin dəyişməsi və ya hadisəyə qarşı psixoloji gözlənti ilə bağlı ola bilər. Elmi araşdırmalarda ən çox müzakirə edilən məsələ məhz yuxudur. 2013-cü ildə "Current Biology" jurnalında dərc olunan araşdırmada dolunay ətrafındakı günlərdə iştirakçıların yuxuya getməsinin orta hesabla 5 dəqiqə gecikdiyi, ümumi yuxu müddətinin təxminən 20 dəqiqə azaldığı bildirilib.

2021-ci ildə "Science Advances" jurnalında yayımlanan başqa bir tədqiqat da maraqlı nəticə ortaya qoyub. Argentina ərazisində yaşayan müxtəlif icmalar və ABŞ-da 464 tələbə üzərində aparılan müşahidələrdə dolunaydan əvvəlki gecələrdə insanların daha gec yatdığı və daha az yatdığı müəyyən edilib. Tədqiqatçılar səbəblərdən biri kimi axşam saatlarında Ay işığının daha çox olmasını göstəriblər. Amma məsələ burada bitmir.

Digər geniş araşdırmalar Ay fazaları ilə yuxu arasında əhəmiyyətli əlaqə tapa bilməyib. Yəni elmi nəticələr eyni istiqamətdə deyil. Ay fazalarının yuxuya müəyyən zəif təsiri ola bilər, lakin bunun bütün insanlarda baş verdiyini və xüsusilə Ay tutulmasının buna səbəb olduğunu söyləmək mümkün deyil.

Ay tutulması əsəbilik və aqressiya yaradır?

Ən qədim inanclardan biri dolunay zamanı insanların daha aqressiv, həyəcanlı və idarəolunmaz olmasıdır. Lakin psixiatriya sahəsində aparılmış araşdırmalar bu fikri ümumilikdə təsdiqləmir.

2017-ci ildə müxtəlif Ay fazalarında psixiatrik müraciətləri araşdıran tədqiqatda Ay dövrünün psixiatriya müəssisələrinə müraciətlərin sayına və diaqnozların növünə əhəmiyyətli təsiri aşkar edilməyib. Daha əvvəl aparılmış başqa araşdırmada da təcili psixiatrik müraciətlərlə Ay fazaları arasında ümumi və sabit əlaqə müəyyən edilməyib. Bəzi zəif statistik əlaqələr müşahidə olunsa da, nəticələr Ayın insan davranışını birbaşa idarə etməsi fikrini təsdiqləmək üçün kifayət etməyib.

Baş ağrısı olanlar nə bilməlidir?

Bu sahədə nəticələr daha qarışıqdır. Yeni bir araşdırmada miqren riskinin Ay dövrünün bəzi hissələrində dəyişə biləcəyi bildirilib. Maraqlıdır ki, həmin tədqiqatda artım dolunaydan deyil, yeni Aydan əvvəlki dövrlə əlaqələndirilib.

Bunun əksinə, daha əvvəl 304 miqren xəstəsinin 4 421 tutmasının araşdırıldığı tədqiqatda Ay dövrü ilə miqren tutmalarının başlanması arasında əlaqə tapılmayıb. Bu ziddiyyət də göstərir ki, ayrı-ayrı statistik əlaqələri "Ay tutulması baş ağrısı yaradır" kimi təqdim etmək doğru olmaz.

Ay tutulmasına baxmaq gözlər üçün təhlükəlidirmi?

Burada Günəş və Ay tutulmalarını qarışdırmamaq xüsusilə vacibdir. Ay tutulmasına adi gözlə baxmaq təhlükəsizdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1707   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bacısının günahsız olduğunu deyir

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə işində yeni inkişaf yaşanıb. Anasını öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok qardaşı Tuğberk Hamza Yağız Gülterin apellyasiya şikayətinə cavab təqdim edib. Vəkil ərizəsind

29 noyabr
.

İranın zərbələri ABŞ-ın Bəhreyndəki əsas hərbi-dəniz bazasının gələcəyini sual altına qoyub

İranın hücumları nəticəsində ciddi zərər görən ABŞ-ın Bəhreyndəki əsas hərbi-dəniz bazasının əvvəlki fəaliyyət rejiminə qayıtmaya biləcəyi bildirilir. Vaşinqton regiondakı hərbi qüvvələrinin yerləşdirilməsi ilə bağlı alternativ variantları nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Washingto

28 noyabr
.

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər

27 noyabr
.

İlon Mask: "Google" "SpaceX"dən əlavə hesablama resursları icarəyə götürmək istəyir

"SpaceX"in təsisçisi İlon Mask "Google"un onun şirkətindən əlavə hesablama güclərini icarəyə götürməkdə maraqlı olduğunu bildirib. "Report" xəbər verir ki, Mask bu barədə şənbə günü "X" sosial şəbəkəsində yazıb. O digər təfərrüatları açıqlamır. "Google"

28 noyabr
.

Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı

Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək

28 noyabr
.

Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - Video

Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş izdiham və xaosla yadda qalıb. xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən mərasimə təxminən 400 min insan qatılıb. Yollar bağlandığından qonaq siyasətçilərdən biri avtomobilini qoyaraq toya tarlaların içində

28 noyabr
.

Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb

Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb. Fransanın nüfuzlu beynəlxalq xəbər agentliyi Agence France-Presse (AFP) kiberhücuma məruz qalıb. Hücum nəticəsində agentliyin media qurumlarına foto və video materiallar təqdim etdiyi AFP Forum platforması müvəqqət

27 noyabr
.

Putin G20 sammitinə gələ bilər - Tramp

Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident

27 noyabr
.

Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi

Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr