David Seliverstov Çingiz Qənizadənin yalanını ifşa etdi: "Ofisində görüşək, işçilərin kofe verər yarım saat söhbət edərik" - Video

David Seliverstov Çingiz Qənizadənin yalanını ifşa etdi: "Ofisində görüşək, işçilərin kofe verər yarım saat söhbət edərik" - VideoXəbər verdiyimiz kimi Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadə son 15 güne yaxındır ki, "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov haqqında bir neçə iddia irəli sürür. Həmin iddialar arasında David Seliverstovla heç bir əlaqəsinin olmadığını və onunla yalnız Dağ Yəhudiləri İcmasının tədbirində görməsidir. David Seliverstov özünün şəxsi "Facebook"səhifəsində Çingiz Qənizadənin yalanını ifşa edən video paylaşıb. Həmin videoda David Seliverstovla Çingiz Qənizadənin yazışmaları da var. Yazışmalar da Çingiz Qənizadə bir tələbənin 1000 manatlıq təhsil haqqını ödəməsi istənilir. Maraqlı məqam isə Çingiz Qənizadə David Seliverstova əziz qardaşım deyərək təhsil haqqını ödədikdən sonra öncə olduğu kimi qəbzi ona göndərməsini istəməsidir. Digər önəmli məqam Çingiz Qənizadənin David Seliverstovla ofisində kofe içmək üçün görüşmək istəməsidir. Burada belə bir sual ortaya çıxır. Çingiz Qənizadə David Seliverstovu tanımırsa və münasibəti olmayıbsa ofisinin yerini necə bilməsi və əvvəlki kimi qəbzi göndərərsən dedik də hansı ödənilmiş pullardan söhbət gedir. Ən önəmlisi isə David Seliverstov dələduz və fırıldaqçıdirsa niyə təhsil haqqının ödənilməsi üçün ona müraciət edib?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov bildirib ki, Çingiz Qənizadə mənə qarşı kampaniyası başladıb:

"Mən bu günlər ərzində susdum və dediklərini önəmsədim. Amma o ailəmə toxunaraq məni məcbur etdi. Bundan sonra mənə qarşı qarayaxma kampaniyası basladanlara qarşı mübarizəmi sona qədər davam edəcəm.

David Seliverstov bildirib ki, son günlər ərzində haqqında səsləndirilən fikirlərə dərhal cavab verməməsinin əsas səbəbi məsələnin daha da böyüməsinin qarşısını almaq və ictimaiyyətin diqqətini qarşılıqlı ittihamlara yönəltməmək olub:

"Mən bir müddət susmağa üstünlük verdim. Haqqımda deyilənləri diqqətlə izlədim, müxtəlif fikirlərin səsləndirilməsinə baxmayaraq, emosional reaksiya vermədim. Düşündüm ki, zaman keçdikcə həqiqət özü ortaya çıxacaq. Mənim üçün əsas məsələ gördüyüm işlər, ictimai fəaliyyətim və insanlara göstərdiyim dəstəkdir. Lakin son mərhələdə məsələ artıq mənim şəxsiyyətim və fəaliyyətimlə məhdudlaşmayıb. Ailə üzvlərim haqqında fikirlərin səsləndirilməsi, onların adlarının bu müzakirələrə cəlb olunması mənim susmaq qərarımı dəyişməyə məcbur etdi.

Mənimlə bağlı hansısa iddiası olan şəxs konkret fakt və sübutlarını ortaya qoymalıdır. İttihamların yalnız media üzərindən səsləndirilməsi, qarşı tərəfin mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim edilməsi obyektivlik baxımından ciddi suallar yaradır. Mən heç kimdən xüsusi münasibət və güzəşt tələb etmirəm. Sadəcə olaraq, haqqımda məlumat yayılan zaman mənə də həmin məlumatlara cavab vermək, öz mövqeyimi bildirmək və həqiqətləri ictimaiyyətə çatdırmaq imkanı verilməlidir.Təəssüf edirəm ki, bəzi hallarda məsələnin mahiyyəti araşdırılmadan müxtəlif ağır ifadələr və ittihamlar ictimaiyyətə təqdim edilir. Halbuki hər bir insanın şərəf və ləyaqətinin, işgüzar nüfuzunun və şəxsi həyatının qorunması hüququ var".

David Seliverstov vurğulayıb ki, mənə qarşı başladıldığını düşündüyüm bu qarayaxma kampaniyasının hansı məqsədə xidmət etdiyini dəqiq söyləmək istəm
Lakin bir məsələni açıq şəkildə bəyan edirəm: heç bir kampaniya, təzyiq və ictimai qınaq məni hüquqi mübarizədən geri çəkə bilməz. Fəaliyyətim cəmiyyətə açıqdır. "Magen David Azerbaijan" çərçivəsində həyata keçirilən humanitar, xeyriyyəçilik və insan hüquqları ilə bağlı fəaliyyətin məqsədi insanlara dəstək olmaqdır. Bu fəaliyyətlə bağlı hər hansı sual varsa, həmin sualların qanun çərçivəsində araşdırılmasına hazıram.Ancaq ictimai fəaliyyət göstərən insan olmaq o demək deyil ki, həmin şəxsin ailəsi, yaxınları və şəxsi həyatı əsassız şəkildə müzakirəyə çıxarıla bilər. Mənim ailə üzvlərimin heç birinin mənim barəmdə irəli sürülən iddialarla əlaqəsi yoxdur. Ailəmə qarşı hər hansı təzyiq və ya qarayaxma cəhdini qəbuledilməz hesab edirəm.

Çingiz Qənizadənin son günlər mənimlə bağlı səsləndirdiyi fikirlərə gəlincə, mən onun mövqeyini eşitmişəm. Mən indiyədək məsələyə qarşı tərəfi təhqir etməklə və ya şəxsi müstəvidə qarşıdurma yaratmaqla cavab verməmişəm. Bundan sonra da eyni mövqedə qalmaq niyyətindəyəm. Mənim cavabım faktlar, sənədlər və hüquqi müstəvi üzərində olacaq və bütün hüquqi imkanlarımdan istifadə edəcəyəm. Hesab edirəm ki, hüquqi dövlətin əsas prinsiplərindən biri məhz budur: hər bir iddia sübutlarla təsdiqlənməli, hər bir tərəfin mövqeyi dinlənilməli və qərar emosiyalar əsasında deyil, faktlar əsasında qəbul edilməlidir.

Mən media nümayəndələrinə də müraciət edirəm. Jurnalistlərdən xahişim budur ki, mənim barəmdə məlumat yayımlayarkən həmin məlumatların mənbəyini, doğruluğunu və hüquqi əsaslarını araşdırsınlar. Əgər mənə qarşı hansısa ittiham səsləndirilirsə, qarşı tərəfin mövqeyinin də materialda əks olunması vacibdir.
Mən heç bir media qurumunun fəaliyyətinə müdaxilə etmək niyyətində deyiləm. Əksinə, azad və məsuliyyətli medianın cəmiyyət üçün mühüm rol oynadığını düşünürəm. Lakin media azadlığı ilə yanaşı, məlumatın doğruluğu və şəxslərin hüquqlarına hörmət də mühüm prinsipdir.

Məqsədim kiminsə nüfuzuna xələl gətirmək deyil. Mən yalnız öz hüquqlarımı, ailəmin hüquqlarını və illər ərzində formalaşdırdığım ictimai və işgüzar nüfuzumu qorumaq istəyirəm.Bundan sonra haqqımda yayılan məlumatların hər birini diqqətlə izləyəcəyəm. Həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimə, ailəmin nüfuzuna və işgüzar fəaliyyətimə zərər vuran məlumatlarla bağlı qanunvericiliyin verdiyi imkanlardan istifadə edəcəyəm".

David Seliverstov söyləyib ki, mövqeyim prinsipialdır: heç kimlə şəxsi münaqişə aparmaq niyyətində deyiləm. Lakin mənə və ailəmə qarşı qarayaxma kampaniyası davam etdirilərsə, buna susmayacağam.
Mən bu məsələnin sonuna qədər gedəcəyəm. Bütün iddiaların hüquqi müstəvidə araşdırılmasını, həqiqətin faktlar əsasında müəyyənləşdirilməsini istəyirəm. Mənim üçün ən vacib olan budur ki, ictimaiyyətə həqiqət təqdim olunsun.
Bir daha bəyan edirəm: mənimlə bağlı hər hansı konkret iddia varsa, həmin iddianın hüquqi qaydada və sübutlarla ortaya qoyulmasını tələb edirəm. Mən də öz hüquqlarımı qanun çərçivəsində qoruyacağam. Çingiz Qənizadə ilə bağlı bütün faktları həm hüquq mühafizə orqanlarına təqdim edecəm, həm də onun yalanlarını sosial şəbəkələrdəki şəxsi səhifəmdə ifşa edecem. Düşünürəm ki, kifayət qədər səbr etdim.Bu gündən etibarən mənim əsas prinsipim budur: emosiyalara deyil, faktlara; qarşıdurmaya deyil, hüquqa; qarayaxmaya deyil, həqiqətə söykənəcəyəm.Mənə qarşı başladıldığını düşündüyüm kampaniyaya hüquqi və ictimai müstəvidə sona qədər cavab verəcəyəm. Ailəmin bu prosesə cəlb edilməsinə isə heç bir halda imkan verməyəcəyəm".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

David Seliverstovla Çingiz Qənizadənin qeyd etdiyimiz danışığını aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.facebook.com/share/v/1EQafz7FCy/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1838   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo

29 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr