Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir

Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.
Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı.
Azad ediləndən sonra Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət 2025-ci il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Qazanılan zəfərdən keçən qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. 2023-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da "Laçın Şəhəri Günü" bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: "23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".
Prezident İlham Əliyevin son altı ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, "Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik". Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır".
Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində əzmkarlıqla öz torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri dayandırmayacaq. Bu, bir tərəfdən Azərbaycan xalqının birliyini ifadə edən yanaşmadır, digər bir tərəfdən isə bu gün dünyada baş verən siyasi katoklizmlərin, mövcud olan münaqişələrin həlli istiqamətində ölkəmizin sülhməramlı qüvvə olaraq çıxış etməsinin, bölgədə sülhün təmin olunması üçün təkbaşına bütün işləri gördüyünün əyani sübutudur.
Bu gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda görülən işlər, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz", -deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 413   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo

29 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr