Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlarAzərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin davamı idi.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı tərəfindən 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət bu il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılıb. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
2023-cü ilin mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri minlərlə ailəyə qucaq açıb və laçınlıların yurd həsrəti bitmək üzrədir. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 107   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bəzi rayonlarda leysan olacaq

Avqustun 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-24 isti, gündüz 29-33 ist

19 avqust
.

"Qəzadan sonra maşını dərhal boyayıblar" - Ölən futbolçuların ailəsi narazıdır

İyulun 29-da Abşeron rayonu Lökbatan-Qobu yolunda baş vermiş dəhşətli yol qəzasında həlak olan şəxslərin ailələri qəzaya səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini istəyir. Mərhum Rauf Hüseynovun "Qafqazinfo"ya müraciət edən həyat yoldaşı Şölə Hüseynova qəza anının videosunun əldə edilməsində

20 avqust
.

Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrı

20 avqust
.

İki gün güclü külək əsəcək

Avqustun 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Naftalan

19 avqust
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın güclü diplomatiyasına verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin uğurlu xarici siyasət kursunun və Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatiyanın mühüm göstəricilərindən biri kimi diqqəti cəlb edir. Bu hadisə, ilk növbədə

19 avqust
.

Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA

Ali təhsil müəssisələrinin yüksək nəticə göstərən tələbələr üçün əlavə təqaüd və güzəştlər tətbiq etməsi tələbələrin universitet və ixtisas seçiminə təsir edən amillərdən birinə çevrilir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti öz tələbələrinə həvəsləndirici təqaüdlə

20 avqust
.

Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü - DİN-dən çağırış

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb. Bildirili

19 avqust
.

Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı

Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Mangışlaq yarımadasında arxeoloqlar dünya elmi üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntıya imza atıblar. xəbər verir ki, Aktau şəhəri yaxınlığındakı Karakabaq nekropolunda aparılan qazıntılar zamanı təxminən 1500 il əvvəl (V-VI əsrlər) dəfn edilmiş gən

18 avqust
.

Futboldan sonra küçənin halına baxın!

Fənərbaxçanın Lionla matçından sonra İstanbulun Kadıköy rayonunda, azarkeşlərin sıx toplandığı Yoğurtçu Parkı və ətrafında xoşagəlməz mənzərə yaranıb. Qarşılaşmadan əvvəl və sonra keçirilən qeyd etmələrin ardından əraziyə çoxlu sayda məşəl, plastik butulka və müxtəlif tullantılar atılıb. xarici mediay

19 avqust