İnsan niyə çətinlik zamanı Allaha daha çox yönəlir? - İLAHİYYATÇI AYDINLIQ GƏTİRDİ
Bəzən insan həyatın çətinlikləri qarşısında özünü gücsüz və çıxılmaz vəziyyətdə hiss edir. Məhz belə anlarda dua etməyə, mənəvi dayaq axtarmağa və Allaha daha çox yönəlməyə başlayır. Bəs insan niyə ən çox çətinlik zamanı Allaha sığınır? Bu, qorxudan qaynaqlanır, yoxsa insanın daxilindəki mənəvi ehtiyacın təzahürüdür?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli suallarımızı cavablandırıb:
"İnsan aciz bir varlıqdır, həm də yaradanın ən potensiallı bir məxluqudur. Yer üzündə insanın tayı-bərabəri yoxdur. Mələklərdən belə ali xislətlərlə, xüsusiyyətlərlə yaradan insanı var edib. Amma bu uca dəyərlərlə təchiz olunmuş, yaradılmış insan bir müsibət, bəla anında çöküş anında, xəstəlik zamanı və çarəsiz qaldığı anlarda öz fitrətinə, öz yaradanına dönmə məsuliyyətini idrak edir və ona görə çətinlik zamanında təbii ki, insan öz xaliqinə üz tutur. Başqa bütün qapıların ona açılıb fayda verməyəcəyini insan dərk edir. Ona görə tək, yeganə sultanlar sultanı olan Allahın onun imdadına, onun səsinə, o iç, daxili dünyasına yardım edəcəyinə insan güvənib etimad etdiyi üçün ona dönür. Bu məsələnin çox önəmli bir tərəfidir".
Ən böyük ibadət yalnız namazdırmı?
"Əlbəttə ki,kainatda ən böyük ibadət şəhadətlə başlayır. Yəni imanla başlayır, ondan sonra digər ibadətlər gəlir. Hətta mən onu söyləyim ki, İslam dininin ilk əmiri Qurani-Kərimdə oxu ilə başlayır, təfəkkür ilə başlayır, düşüncə ilə başlayır. Namaz da merajdan gətirilmiş bir hədiyyədir, çox üst ali dəyərlərə malikdir və dinin sütunu sayılır. Mömünin qəlbinin meracı olaraq vəsf edir peyğəmbərimiz (s.ə.s). Bu baxımdan çox ali bir dəyərə malik olan namazın da təbii ki, xüsusi bir ağırlığı və yeri var".
Dua taleyi dəyişə bilərmi?
"İnsan dua etdikcə onun qəlbi yumşalır, insan dua etdikcə onun halı dəyişir, insan dua etdikcə onun təbiəti yumşalır. İnsanın təbiəti, qəlbi, ruhu yumşaldıqca əslində əməlləri dəyişdikcə bir yönü onun sanki qarşılaşacağı hadisələr də dəyişir. Qurani-Kərimdə rəbbimiz "uduuni əstəcib ləkum" (mömin surəsi, 60-cı ayə) deyir. "Mənə dua edin, mən də sizə cavab verim". Yəni dua bir möminin iç səsi,daxildən-daxilə xaliqə, yaradana bağlanmasıdır. Ona görə insan nə qədər çox ona bağlanarsa,insan nə qədər onun yolunu getməyə çalışarsa, o qədər də Allah-Təala onun əslində yolunu, istiqamətini, qədərini, taleyini əlbəttə ki dəyişər. Allaha əmanət olun".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Professor Adilə Abbasova vəfat etdi
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Ən faydalı və ən zərərli balıq növləri
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar