İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO
İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 20-si saat 12:15-də Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (dörd kişi, üç qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Daxil olarkən pasiyentlərdən altısının vəziyyəti ağır olaraq qiymətləndirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb.
Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
15:08
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Türkanə Sadıqova, 2001-ci il təvəllüdlü İlahə İsmayılova, Məmməd Məmmədov, Faiq İsmayılov və Zahid Nuriyev xəsarət alıblar.
13:51
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin kimliyi bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs "Hyundai" markalı avtomobildə olan 60 yaşlı Elina Məmmədovadır.
Həlak olan ikiaylıq körpənin oğlan uşağı olduğu bildirilir.
13:45
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən biri ikiaylıq körpədir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, qəzaya düşən avtomobillərdən biri - "Hyundai"ın içərisində olub.
13:03
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1327 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrSərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabr26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də
30 oktyabr