Kirayə mənzil seçərkən vətəndaşlar nələrə diqqət etməlidir? - EKSPERT AÇIQLAMA
Azərbaycanda kirayə mənzil bazarı mövsümi amillər, tələb-təklif balansına və Dövlət Vergi Xidməti tənzimləmələrinə uyğun olaraq dinamik dəyişir. Xüsusilə paytaxt Bakıda avqust və sentyabr aylarında tələbə axını səbəbindən aktivlik və qiymət artımı müşahidə olunur. Kirayə bazarındakı yeni tendensiyalar nələrdir və vətəndaşlar seçim edərkən nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı suallara aydınlıq gətirdi:
Ekspert söyləyib ki, kirayə mənzil bazarındakı ümumi tendensiyanın yaranmasında bir sıra səbəblər var və bu səbəblər konkret mövsümlə və yaxud illə bağlı məsələ deyil:
"Bu artıq illərdir ki davam edən və dəyişməz olaraq qalan bir prosesin mən deyərdim ki kuliminasıyası olmasa da, müəyyən mərhələsidir. Çünki həm makro iqtisadi,həm inzibati təsirlər nəticəsində Azərbaycanda kirayə mənzil bazarında təklif portfelinin məhdudlaşması, daralması ,tələbin isə yüksək olması müşahidə olunur. Bu prosesin tərkibində şəhərsalma nəticəsində, bir də köhnə ucuz kirayə fondunun sıradan çıxması və onların yerinə daha yeni, daha bahalı kirayə mənzil fondunun daxil olması tendensiyası müşahidə olunur. Qeyd etdiyim səbəblərin hamısı bazarda təbii ki, qiymət artımına təsir göstərən amillərdir"
Ekspertin sözlərinə görə, paralel olaraq şəhərsalma nəticəsində müəyyən dövrlərdə 200, 300, 500, 1000, 2000 nəfərlik yeni tələb formalaşdırma prosesi də müşahidə olunur:
"Belə ki məsələn bir şirkət bir ərazini alır, tutaq ki "Sovetski"ni, "Kubinka"nı və sair ərazini alır, həmin ərazidə vətəndaşlara kirayə pulu ödənilir, vətəndaşlar da o ərazilər üzrə aldıqları kirayə pulu ilə bazardan təbii ki mənzil kirayələyirlər. Hamısı olmasa da, 70-80 faizi yenidən bazara daxil olur. Bütün bu səbəblər kirayə mənzil bazarında qiymətlərin cib yandırmasına gətirib çıxarır"
Bu proses nə qədər davam edəcək? sualımıza isə cavab olaraq ekspert vurğulayıb ki, bu prosesin tam olaraq bu sahəyə sahibkarları cəlb edənə qədər, alternativ fondlar yaradılana qədər davam edəcək.
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 254 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021