Ukrayna dronları ilk dəfə Rusiyadakı "Ozon" şirkətinin mərkəzinə zərbə endirdi: Yanğın baş verib - FOTO-VİDEO
Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki "Ozon" marketpleysinin logistik mərkəzinə ilk dəfə olaraq zərbə endirib. PUA (Pilotsuz Uçuş Aparatı - dron) hücumundan sonra obyektin ərazisində genişmiqyaslı yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Telegram" monitorinq kanalları məlumat verib.
Logistik kompleksdəki yanğının görüntüləri daha sonra sosial şəbəkələrdə yayılıb.
Monitorinq kanallarının məlumatına görə, yanğın tez bir zamanda obyektə yayılıb və üzərində qalın tüstü sütunu qalxıb.
Şirkətin özündən bildirilib ki, Samara vilayətindəki PUA hücumundan zərər çəkən "Ozon" logistik mərkəzindən 500-dən çox işçi təxliyə edilib, anbarda yanğın baş verib.
"Bütün sistemlər normal işləyirdi, biz bir neçə dəqiqə ərzində 500-dən çox işçini təxliyə etdik. Lakin təəssüf ki, buna baxmayaraq, xəsarət alanlar var. Biz mütləq onlara bütün lazımi dəstəyi göstərəcəyik", - deyə "Ozon" qeyd edib.
"Ozon" şirkətinin Çapayevskdəki logistik kompleksi şirkətin ən böyük anbar obyektlərindən biridir. Bütün mərhələlər istifadəyə verildikdən sonra onun sahəsi təxminən 135 000 kvadratmetr təşkil edir, obyektin yaradılmasına qoyulan investisiyalar isə təxminən 5 milyard rubl dəyərində qiymətləndirilidi.
Mərkəz "Ozon" şirkətinin Samara bölgəsindəki geniş logistik şəbəkəsinin bir hissəsidir. Şirkət bu komplekslərdən malları qəbul etmək, saxlamaq, seçmək və müştərilərə göndərmək üçün istifadə edir.
"Ozon" "Wildberries" ilə birlikdə Rusiyanın iki ən böyük marketpleyslərindən biridir. 2024-cü ilin sonuna qədər bu iki platformanın üzərinə Rusiyanın onlayn ticarətinin əhəmiyyətli hissəsi düşürdü.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 273 Tarix: 22 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Portuqaliyada niqaba qadağa qoyuldu
Portuqaliyada ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəyə qadağa qoyulub. xarici mediaya istinadən xəbər verir ki, Prezident Antoniu Joze Sequro parlamentin iyul ayında qəbul etdiyi qanunu imzalayıb. Yerli mediada bu sənəd "niqab haqqında qanun" kimi təqdim olunur. Yeni qaydalar
22 avqustBen-Qurion aeroportunun işçiləri tətil edirlər
Ben-Qurion hava limanının əməkdaşları tətil ediblər. xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Məlumata görə, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər. Pilotlara və aviaşirkətlərə hava limanının Bakı vaxtı ilə saat 15:00-d
20 avqustİstanbulda gecə ərzində 50-yə yaxın zəlzələ olub - Təhlükənin xəbərçisidir?
İstanbulun Adalar sahillərində başlayan seysmik aktivlik gecə saatlarında da davam edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, bölgədə ən böyüyü 2,5 bal olan 50-yə yaxın kiçik zəlzələ qeydə alınıb. Bundan əvvəl is
20 avqustRumıniyanın "F-16" qırıcısı Konstansa sahillərində dəniz dronunu vurub
Rumıniyanın "F-16" qırıcı təyyarəsi Konstansa sahillərində dəniz dronunu vurub. xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, dənizdə dreyf edən dronun olması barədə ticarət gəmisi məlumat verib. Rumıniya Hərb
20 avqustTramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
ABŞ Prezidenti Donald Tramp respublikaçıların noyabrda keçiriləcək konqres üçün ara seçkilərdə uduzacaqları təqdirdə demokratların onu impiçment edəcəkləri fikrindədir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donald Tramp Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində öz tərəfdarları qarşısında çıxı
22 avqustPrimoryedə uşaqları daşıyan avtobus aşıb
Primoryedə uşaqları daşıyan avtobusun aşması nəticəsində iki yetkinin xəsarət alması ilə bağlı cinayət işi açılıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat verib. "20 avqust 2026-cı ildə Putsilovka və Aleksey-Nikolskoye kəndləri arasındak
20 avqustABŞ və Küveyt hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
ABŞ və Küveyt hərbi əməkdaşlığı dərinləşdirmək, dronlara qarşı mübarizəyə, hava və raketdən müdafiənin gücləndirilməsinə, eləcə də dəniz təhlükəsizliyinə xüsusi diqqət yetirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumat verib. Razılaşmalar bu həftə Pentaqond
22 avqustTramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəm
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Karolin Levittin vəzifəsindən ayrıldıqdan sonra da onun komandasında fəaliyyətini davam etdirəcəyini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp bu barədə Mirtl-Biçdə keçirilən tədbirdə çıxışı zamanı danışıb. Prezident tədbir zaman
22 avqust