Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi tək bir ölkəyə qarşı davam edən qanunsuz "iqtisadi müharibə"dən daha artığıdır. Bu, Birləşmiş Millətlər Təşkilatının hər bir müstəqil üzv dövləti üzərində eksterritorial suverenlik iddiasıdır.
"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
XİN nümayəndəsi ABŞ-nin üçüncü ölkələri İranla ticarət və iqtisadi əlaqələri dayandırmağa məcbur etmə siyasətinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb:
"Heç bir dövlət - hər biri öz suvereninin müstəsna yurisdiksiyasına tabe olan - xarici bankları, müəssisələri və ya hava limanlarını üçüncü bir dövlətlə qanuni ticarətdən imtinaya məcbur edə bilməz. Bu cür ikincili sanksiyaların beynəlxalq hüquqda heç bir əsası yoxdur... Suveren bir dövləti öz qanuni siyasət seçimlərini dəyişdirməyə məcbur etmək üçün nəzərdə tutulmuş iqtisadi məcburiyyət açıq-aşkar beynəlxalq hüquqa zidd əməl təşkil edir".
Daha əvvəl ABŞ maliyyə naziri Skott Bessent İranla istənilən biznes əməliyyatının hökumətin ciddi təzyiqi ilə qarşılaşacağını açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 317 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBacısının günahsız olduğunu deyir
Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə işində yeni inkişaf yaşanıb. Anasını öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok qardaşı Tuğberk Hamza Yağız Gülterin apellyasiya şikayətinə cavab təqdim edib. Vəkil ərizəsind
29 noyabrUzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək
28 noyabrHindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - Video
Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş izdiham və xaosla yadda qalıb. xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən mərasimə təxminən 400 min insan qatılıb. Yollar bağlandığından qonaq siyasətçilərdən biri avtomobilini qoyaraq toya tarlaların içində
28 noyabrPutin G20 sammitinə gələ bilər - Tramp
Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident
27 noyabrPişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi
Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"
27 noyabr