Pezeşkian: ABŞ ilə razılaşmada kapitulyasiyaya işarə edən bircə bənd belə yoxdur

Pezeşkian: ABŞ ilə razılaşmada kapitulyasiyaya işarə edən bircə bənd belə yoxdurİndi, İran "güc və ləyaqət mövqeyində" ikən Yaxın Şərqdəki müharibəyə son qoymaq yaxşı olar.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ölkənin Tibb Cəmiyyəti İslam Assosiasiyasının 31-ci Baş Assambleyasındakı çıxışı zamanı bildirib.

"Müharibə gec-tez başa çatmalıdır. Nə qədər ki, biz güc və ləyaqət mövqeyindəyik, ona bu gün son qoymaq daha yaxşıdır", - o deyib.

Bununla yanaşı, o, Tehranın istənilən yeni hücuma qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq edib.

Pezeşkian ABŞ tərəfi ilə danışıqlar gedişində əldə olunmuş son razılaşmanı İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bəyənilmiş "mühüm nailiyyət" kimi xarakterizə edib.

"Onlar bu razılaşmada kapitulyasiyaya işarə edəcək bircə bənd belə tapa bilməzlər; bütün öhdəliklər qarşı tərəfin üzərinə düşür... Biz heç bir şəraitdə hədə-qorxuya boyun əyməyəcəyik. Biz son nəfəsimizə qədər onlara müqavimət göstərəcək və sarsıdıcı zərbə endirəcəyik", - o deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 113   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi, "TikTok" platforması və bu sosial şəbəkəni yaradan "ByteDance" şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətini

23 avqust
.

Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir

Almaniya təxminən 12 milyard avro tələb edə biləcək yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Welt" Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, raketlərin ilk tədarükü 2027-ci ildə gözlənilir

23 avqust
.

ABŞ Venesuelanın telekommunikasiya sahəsinə tətbiq olunan bəzi sanksiyaları ləğv edib

ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirləri yumşaldaraq Amerika şirkətlərinə bu Cənubi Amerika ölkəsinin telekommunikasiya sahəsi üçün avadanlıq, texnologiya və xidmətlərin tədarükünü həyata keçirmək, eləcə də həmin sektora sərmayə qoyuluşu barədə danışıqlar aparmaq imkanı verib

23 avqust
.

Pezeşkian: ABŞ ilə razılaşmada kapitulyasiyaya işarə edən bircə bənd belə yoxdur

İndi, İran "güc və ləyaqət mövqeyində" ikən Yaxın Şərqdəki müharibəyə son qoymaq yaxşı olar. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ölkənin Tibb Cəmiyyəti İslam Assosiasiyasının 31-ci Baş Assambleyasındakı çıxışı zaman

23 avqust
.

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

İran İraqın bir sıra neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xarici mediaya istinadən xəbər verir ki, müvafiq icazə İraqın müxtəlif diplomatik kanallar vasitəsilə etdiyi müraciətlərdən sonra verilib. Qeyd olunur ki, İraqın neft tankerlərinin boğazdan keçidinə icaz

22 avqust
.

Əraqçı ABŞ-nin İrana qarşı sanksiyalarını lağa qoydu: "Biz bu filmi artıq görmüşük"

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək vədlərini keçmiş prezident Barak Obamanın 2012-ci ildəki tvitini xatırladaraq şərh edib. xəbər verir ki, XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Həmin vaxt Obama vitse-prezident

23 avqust
.

İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD

İran ordusu Fars körfəzi bölgəsində son hərbi əməliyyatlar fonunda müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli hərbi doktrinaya keçib. xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyə IRNA-ya açıqlamasında bildirib. "Əvvəllə

23 avqust
.

Yaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb

Yaponiyanın Yasu şəhərindəki "Light Chemical Industry" (Yüngül Kimya Sənayesi) kimya zavodunda təxminən iki metr dərinliyində qazanı cilalayan iki işçi huşsuz vəziyyətdə aşkarlanıb. "Report"un xəbərinə görə, bu barədə Yaponiya mediası məlumat yayıb. İlkin məlumatlara görə, hadis

23 avqust
.

"Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi

"Tərcüməçi" ("The Interpreter") və "Şuqar Hill" ("Sugar Hill", 1993) filmlərindəki rolları ilə tanınan ABŞ-li aktyor Maykl Rayt 70 yaşında vəfat edib. xəbər verir ki, bu barədə aktyorun ailəsi TMZ portalına məlumat verib. Rayt avqustun 19-da Los-Ancelesdə vəfa

23 avqust