Gəzinti, yoxsa qaçış: Yüksək təzyiq zamanı hansının daha faydalıdır?

Gəzinti, yoxsa qaçış: Yüksək təzyiq zamanı hansının daha faydalıdır?Fiziki fəaliyyət arterial təzyiqə nəzarət etməyin ən təsirli üsullarından biridir. Aktivliyi artırmağın ən sadə yollarından biri gündəlik rejimə piyada gəzinti və ya qaçışı əlavə etməkdir. Bəs yüksək təzyiq zamanı bunlardan hansı daha faydalıdır?

Qaynarinfo xəbər verir ki, "EatingWell" nəşri iki Həkimlə danışaraq gəzinti və qaçışın arterial təzyiqə təsirini müqayisə edib.

Gəzinti arterial təzyiqə necə təsir edir?

Tibb elmləri doktoru Oluvatosin Ajao gəzintinin arterial təzyiqi azaltmağın ən sadə və effektiv üsullarından biri olduğunu bildirib.

"20-40 dəqiqə ərzində sürətli yerimək, həftədə üç-beş dəfə həyata keçirildikdə, ürək sağlamlığını yaxşılaşdıra və zamanla insult riskini azaltmağa kömək edə bilər. Müntəzəm gəzinti həm sistolik arterial təzyiqi (yuxarı göstərici), həm də diastolik təzyiqi (aşağı göstərici) azaltmağa kömək edir", deyə Ajao bildirib.

"British Journal of Cardiac Nursing" jurnalında dərc olunan araşdırmaya görə, gəzinti sistolik və diastolik arterial təzyiqi müvafiq olaraq 4 və 2 mm civə sütunu azaldır.

Həkim bu göstəricilərin kiçik görünə biləcəyini, lakin onların əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, arterial təzyiqdə hətta kiçik dəyişikliklər belə uzunmüddətli perspektivdə sağlamlığa və xəstəliklərin yaranması riskinə təsir göstərə bilər.

Stressi azaldır

"Cureus Journal of Medical Science" jurnalında yayımlanan araşdırmaya əsasən, xroniki yüksək stress arterial hipertoniyanın inkişafı üçün məlum risk faktorudur.

Müntəzəm fiziki fəaliyyət, o cümlədən gəzinti, stressin idarə olunmasına və nəticədə arterial təzyiqin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Ajaonun sözlərinə görə, gəzinti yalnız kalori yandırmır, həm də orqanizmin stress reaksiyasını, o cümlədən "döyüş və ya qaç" mexanizmini azaltmağa kömək edir. "JMIR Public Health and Surveillance" jurnalında dərc olunan genişmiqyaslı araşdırma da gəzintinin narahatlıq və yüngül depressiya əlamətlərini effektiv şəkildə azaltdığını göstərib.

Qan damarlarını rahatlaşdırır

Ajao müntəzəm gəzintinin qan damarlarının fəaliyyətinə də müsbət təsir göstərə biləcəyini qeyd edib.

"Gəzinti renin-angiotenzin sisteminin fəaliyyətini azaldır və azot oksidinin istehsalını artırır", deyə həkim izah edib.

Bu dəyişikliklər qan damarlarının genişlənməsinə, qan axınının yaxşılaşmasına və nəticədə arterial təzyiqin zamanla azalmasına kömək edə bilər.

Qaçış arterial təzyiqə necə təsir edir?

Təzyiqi azalda bilər

"Qaçış, xüsusilə artıq hipertoniya diaqnozu qoyulmuş insanlarda arterial təzyiqi əhəmiyyətli dərəcədə azalda bilər", deyə Ajao bildirib.

Onun istinad etdiyi araşdırmaya görə, qaçış sistolik arterial təzyiqi 4,2 mm civə sütunu, diastolik təzyiqi isə 2,7 mm civə sütunu azalda bilər.

Maraqlı məqam isə odur ki, hipertoniya xəstələrində orta intensivlikli qaçışın yüksək intensivlikli məşqlərlə müqayisədə arterial təzyiqi daha effektiv azaltdığı müəyyən edilib.

Ürəyi gücləndirir

Tibb elmləri doktoru və ictimai səhiyyə üzrə magistr Nneoma Oparaci qaçışı ürək üçün güc məşqinə bənzədib.

"Qaçış ürəyi qanı daha effektiv pompalamağa öyrədir. Beləliklə, ürək daha az səylə daha çox iş görə bilir və bu da arterial təzyiqin azalmasına kömək edir", deyə həkim bildirib.

Damarların fəaliyyətini yaxşılaşdırır

Qaçış və digər aerob fiziki fəaliyyət növləri qan damarlarının funksiyasını yaxşılaşdırır.

Ajaonun sözlərinə görə, müntəzəm məşqlər orqanizmdə arteriollar və kapilyarlar da daxil olmaqla daha çox xırda qan damarının yaranmasına kömək edir. Bu isə qan axınının asanlaşmasına şərait yaradır.

Yaş artdıqca arterial damarların sərtliyi artır və bu, ürək-damar xəstəlikləri riskini yüksəldir. Yaşlı insanlarda qaçış və gəzinti kimi müntəzəm aerob məşqlər damarların elastikliyini yaxşılaşdıra bilər.

"Daimi fiziki məşqlər damarların elastikliyini qoruyur, iltihabı azaldır və ürəyin qanı pompalamasını asanlaşdırır. Bütün bu dəyişikliklər zamanla arterial təzyiqin azalmasına kömək edir", deyə Ajao vurğulayıb.

Stressin öhdəsindən gəlməyə kömək edir

Gəzinti kimi, qaçış da stresslə mübarizədə faydalıdır. Yüksək stress səviyyəsinin hipertoniya və ürək-damar xəstəliklərinin inkişafı riskini artırdığı məlumdur.

Qaçış kimi müntəzəm fiziki fəaliyyət stressi azaltmağa və stresli vəziyyətlərin öhdəsindən daha asan gəlməyə kömək edə bilər.

Qaçış, yoxsa gəzinti?

Oparacinin sözlərinə görə, qaçış arterial təzyiqi bir qədər daha çox azalda bilsə də, ən yaxşı məşq insanın davamlı şəkildə edə bildiyi məşqdir.

Qaçış daha çox dözümlülük və fiziki səy tələb edir ki, bu da bəzi insanlar üçün məhdudlaşdırıcı amil ola bilər. Digərləri isə eyni məsafəni daha qısa müddətdə qət etməyə imkan verdiyi üçün qaçışa üstünlük verə bilər.

Mütəxəssislər hesab edirlər ki, əsas məsələ fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirməkdir. Onlar həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyətə, məsələn, sürətli gəzintiyə və ya asta qaçışa, yaxud 75 dəqiqə yüksək intensivlikli fəaliyyətə, məsələn, sürətli qaçışa vaxt ayırmağı tövsiyə edirlər. Bu fəaliyyətlərin kombinasiyası da mümkündür.

Bundan əlavə, sağlam arterial təzyiqin qorunmasına kömək etmək üçün həftədə ən azı iki gün güc məşqlərinin də yerinə yetirilməsi tövsiyə olunur.

Hər hansı fiziki məşqə başlamazdan əvvəl isə onun sizin üçün uyğun olduğundan əmin olmaq üçün həkimlə məsləhətləşmək tövsiyə edilir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 432   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021