Bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinə verilən mühüm siyasi qiymətdir - Deputat

Bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinə verilən mühüm siyasi qiymətdir - DeputatÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin strateji və müttəfiqlik xarakterinin daha da möhkəmləndiyini göstərən siyasi jest kimi qiymətləndirilə bilər. Təltifin əsaslandırılmasında Azərbaycan-Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin inkişafına, siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə töhfələr xüsusi qeyd olunub.

Bəs, bu təltif iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə verilən siyasi qiymət kimi necə dəyərləndirilə bilər və Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafına hansı təsirləri göstərə bilər?

Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsinə verilən mühüm siyasi qiymətdir.

"Prezident İlham Əliyevin Özbəkistanın "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif olunması onun iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı rolunun qardaş ölkə tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Təltifin məhz "Əbədi dostluq haqqında Müqavilə"nin imzalandığı və münasibətlərin yeni mərhələyə keçdiyi bir vaxtda baş verməsi onun siyasi əhəmiyyətini daha da artırır. Müqavilədə qarşılıqlı etimad, suverenliyə və təhlükəsizliyə hörmət, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi kimi əsas prinsiplər təsbit olunur".

Deputat bildirib ki, bu baxımdan ordeni Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterinə verilən siyasi mesaj kimi dəyərləndirmək olar.

"Daha dəqiq desək, bu, iki ölkənin mövcud müttəfiqliyi qorumaqla kifayətlənmədiyini, onu gələcəyə hesablanmış daha möhkəm siyasi və mənəvi təmələ çevirmək niyyətini göstərir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 400   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr