Bu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMA

Bu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMAPrezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər. Təltifin məhz Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafına verilən qiymət kimi təqdim olunması da diqqət çəkir.

Bəs, bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə verilən siyasi qiymət kimi necə dəyərləndirilə bilər və iki ölkə arasında əlaqələrin gələcək inkişafına hansı təsirləri göstərə bilər?

Sonxeber.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana artıq son beş ildə iki rəsmi səfəri və dörd işgüzar səfəri baş tutub. Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri digər ölkələrlə müqayisədə daha yüksək səviyyədə inkişaf edir.

"Xüsusilə nəzərə alsaq ki, Özbəkistan Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağda məktəb tikməklə bu prosesə ilk başlayan ölkələrdən biri oldu. Bu addım digər dövlətlər üçün də örnək və nümunəvi addım hesab edilə bilər. Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi onun Azərbaycanın ən yüksək dövlət ordenlərindən birinə layiq görüldüyünü göstərir. Bu, söz xatirinə verilən bir qiymət deyil və əslində ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərən mühüm amildir".

Politoloq bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərini iqtisadi və siyasi sahələrlə yanaşı, regional və qlobal təhlükəsizlik, nəqliyyat-kommunikasiya, mədəni və digər istiqamətlərdə də qiymətləndirmək mümkündür:

"Məsələn, qarşıya qoyulan əsas hədəflərdən biri ölkələr arasında ticarət dövriyyəsinin təxminən 1 milyard dolların üzərinə çatdırılmasıdır. Son beş ildə bu istiqamətdə çox ciddi sıçrayış baş verib və bu, böyük uğurdur. Bu, təbii ki, həm Şavkat Mirziyoyevin Özbəkistan tərəfindən, həm də İlham Əliyevin Azərbaycan tərəfindən atdığı addımların praktiki nəticəsi kimi qiymətləndirilə bilər".

Onun sözlərinə görə, dostluq münasibətləri, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uzunmüddətli və davamlı çərçivəyə salınması onu göstərir ki, hər iki xalq dini, dili, milli mənsubiyyəti, tarixi keçmişi və gələcəyə baxışı baxımından bir-birinə çox yaxındır:

"Buna görə də bütün bunlar təkcə dövlətlərarası münasibətlərə deyil, xalqlar arasındakı əlaqələrə də müsbət təsir göstərəcək amillərdir. Düşünürəm ki, istənilən platformada və istənilən istiqamətdə Azərbaycan və Özbəkistanın tutduğu strateji xətt hər iki ölkənin maraqlarına və mənafeyinə xidmət edə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 457   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr