Avropa İttifaqı və Qrenlandiya birgə bəyannamə imzalayacaq
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qrenlandiyaya səfəri zamanı Aİ-Qrenlandiya birgə bəyannaməsini imzalayacaq.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
Pinyonun sözlərinə görə, fon der Lyayen sentyabrın 6-7-nə planlaşdırılan səfəri zamanı Qrenlandiya, Danimarka və Farer adalarının baş nazirləri Yens-Frederik Nilsen, Mette Frederiksen və Aksel Yohannesenlə görüşəcək.
"Bu səfər Avropanın Qrenlandiyaya, onun təhlükəsizliyinə və Avropa İttifaqının (Aİ) əsas prioriteti olan əməkdaşlığa sadiqliyini göstərir", - o bildirib.
Avropa Komissiyasının rəhbərini Avropanın beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela və Aİ-nin Arktika ilə əlaqələr üzrə xüsusi müşaviri müşayiət edəcək.
Səfər Arktikanın təhlükəsizliyinə və Qrenlandiyanın suverenliyi məsələsinə artan diqqət fonunda baş tutur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 356 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBacısının günahsız olduğunu deyir
Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə işində yeni inkişaf yaşanıb. Anasını öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok qardaşı Tuğberk Hamza Yağız Gülterin apellyasiya şikayətinə cavab təqdim edib. Vəkil ərizəsind
29 noyabrUzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək
28 noyabrHindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - Video
Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş izdiham və xaosla yadda qalıb. xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən mərasimə təxminən 400 min insan qatılıb. Yollar bağlandığından qonaq siyasətçilərdən biri avtomobilini qoyaraq toya tarlaların içində
28 noyabrPutin G20 sammitinə gələ bilər - Tramp
Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident
27 noyabrPişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi
Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"
27 noyabr