Çində kilometrlərlə uzanan və böyüməyə davam edən nəhəng çat yaranıb
Çinin şimal-mərkəzi hissəsində yerləşən Pınlu vadisi təxminən 10 kilometr uzunluğa, 2 kilometrədək enə və 100 metrədək dərinliyə malikdir. Alimlər bu ərazini yer qabığının hərəkəti ilə əlaqəli aktiv rift sisteminin bir hissəsi hesab edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "WP Tech" yazıb.
Pınlu vadisinin demək olar ki, şaquli divarları fantastik film dekorasiyasını xatırladır. Bu səbəbdən vadidən hətta 2016-cı ildə çəkilmiş "Böyük Çin səddi" filmində də istifadə olunub.
Lakin Pınlu yalnız su və küləyin təsiri nəticəsində formalaşmayıb. O, uzunluğu 1200 kilometrdən çox olan Şansi aktiv rift sisteminin bir hissəsidir. Nəhəng geoloji struktur Şansi əyalətindən Vey çayı vadisinə qədər uzanır və Çinin bu hissəsində yer səthinin tədricən parçalanmasına səbəb olur.
Şimali Çin blokunda yer qabığının dartılması təxminən 10-12 milyon il əvvəl başlayıb və bu proses hazırda da davam edir. Tektonik qüvvələrin təsiri ilə yer qabığının ayrı-ayrı blokları aşağı və yuxarı doğru hərəkət edir. Nəticədə dərin çökəkliklər və kəskin geoloji pillələr yaranır.
Bəzi hesablamalara görə, Pınlu vadisinin uzunluğu ildə təxminən 0,5-1,6 millimetr artır. GPS müşahidələri bu prosesin bir neçə amildən asılı olduğunu göstərir. Bunların arasında Hindistanın Avrasiya ilə toqquşması nəticəsində yaranan təzyiq, litosferin zəifləməsi və yer mantiyasındakı proseslər var.
Şansi əyalətində geniş yayılmış lös örtüyü də qeyri-adi landşaftın formalaşmasına təsir göstərir. Bu material su ilə asanlıqla yuyulduğundan tektonik pillələr sürətlə dərin yarğanlara və demək olar ki, şaquli divarları olan kanyonlara çevrilir.
Bölgə həmçinin seysmik baxımdan aktiv hesab olunur. 1556-cı ildə tarixdə məlum olan ən dağıdıcı zəlzələlərdən biri məhz bu ərazidə baş verib. Hadisə nəticəsində 800 mindən çox insan həyatını itirib. Ölənlərin böyük hissəsi lös süxurlarında qazılmış mağara tipli yaşayış yerlərinin uçması nəticəsində həlak olub.
Bu gün Pınlu vadisi turistləri və fotoqrafları cəlb edir. Alimlər üçün isə o, Çinin bu hissəsində yer qabığının dəyişməyə davam etdiyini göstərən əyani nümunədir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1254 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Biz bunun havada baş vermiş fövqəladə vəziyyə
13 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrAİ Rusiyaya qarşı 23-cü sanksiya paketini hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni - 23-cü sanksiya paketinin hazırlanmasına başlayıb. xəbər verir ki, bu barədə "Politico" nəşri müzakirələrlə tanış olan Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Yeni məhdudiyyətlərin əsasən Rusiyanın neft gəlirlərinin azaldılmasına yönələcəyi gözlənilir
13 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrUkrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə
14 oktyabrAvropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind
14 oktyabr