83 milyard dollarlıq qızıl xəzinəsi tapıldı - 1000 tondan çoxdur

83 milyard dollarlıq qızıl xəzinəsi tapıldı - 1000 tondan çoxdurÇinin Hunan əyalətində böyük qızıl yatağı aşkarlanıb. İlkin hesablamalara görə, yatağın ehtiyatları 1000 tondan çox ola bilər.

Milli.Az xəbər verir ki, yeni yataq Hunanın Pinczyan bölgəsində yerləşən Vanqu qızıl sahəsinin ərazisində aşkarlanıb. Kəşflə bağlı ilk rəsmi məlumat 2024-cü ilin noyabrında açıqlanıb.

Geoloji araşdırmalar zamanı iki kilometrədək dərinlikdə 40-dan çox qızıl damarı müəyyənləşdirilib. Bu dərinlikdə təsdiqlənən ehtiyatın təxminən 300 ton olduğu bildirilir. Üç kilometrə qədər dərinlikdə isə yatağın ümumi ehtiyatının 1000 tonu keçə biləcəyi proqnozlaşdırılır.

Çin tərəfinin 2024-cü ildəki hesablamalarına əsasən, 1000 tondan çox qızılın bazar dəyəri təxminən 600 milyard yuan, yaxud 83 milyard dollar ola bilər. Lakin 1000 tonluq göstəricinin hələlik yalnız proqnoz olduğu və əlavə kəşfiyyat işləri ilə təsdiqlənməli olduğu vurğulanır.

Kəşfiyyat işləri çərçivəsində müxtəlif dərinliklərdən süxur nümunələri götürülüb. Nümunələrin bir qismində qızılın olduqca yüksək konsentrasiyası aşkarlanıb. Bir ton süxurda maksimum 138 qram qızıl müəyyən edilib. Halbuki bir çox yataqlarda hasilatı iqtisadi baxımdan səmərəli edən göstərici ton başına 1-3 qram səviyyəsindədir.

Çinli geoloq Çen Rulinin sözlərinə görə, təxminən iki kilometr dərinlikdən çıxarılan bəzi süxur nümunələrində qızıl hissəciklərini adi gözlə müşahidə etmək mümkün olub.

Araşdırmalar zamanı ümumilikdə 65 kilometrdən artıq quyu qazılıb və yatağın quruluşunu müəyyənləşdirmək üçün üçölçülü geoloji modelləşdirmədən istifadə olunub. Ətraf ərazilərdə aparılan əlavə qazıntılar zamanı da qızıl yatağının mövcudluğunu göstərən əlamətlər qeydə alınıb.

Yatağın işlənməsi dövlətə məxsus "Hunan Mineral Resources Group" şirkətinə həvalə edilib. Bununla belə, ehtiyatların həcmi hələ beynəlxalq standartlara uyğun müstəqil qiymətləndirmədən keçirilməyib. Genişmiqyaslı hasilata başlanılmasından əvvəl layihənin ekoloji təsiri və tələb olunan infrastruktur xərcləri də qiymətləndirilməlidir.

Proqnozlaşdırılan ehtiyatlar təsdiqlənərsə, Vanqu yatağı Çinin qızıl bazarındakı mövqeyini daha da möhkəmləndirə və ölkənin xaricdən qızıl tədarükündən asılılığını azaltmağa imkan verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 632   Tarix: 29 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bacısının günahsız olduğunu deyir

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə işində yeni inkişaf yaşanıb. Anasını öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok qardaşı Tuğberk Hamza Yağız Gülterin apellyasiya şikayətinə cavab təqdim edib. Vəkil ərizəsind

29 noyabr
.

İranın zərbələri ABŞ-ın Bəhreyndəki əsas hərbi-dəniz bazasının gələcəyini sual altına qoyub

İranın hücumları nəticəsində ciddi zərər görən ABŞ-ın Bəhreyndəki əsas hərbi-dəniz bazasının əvvəlki fəaliyyət rejiminə qayıtmaya biləcəyi bildirilir. Vaşinqton regiondakı hərbi qüvvələrinin yerləşdirilməsi ilə bağlı alternativ variantları nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Washingto

28 noyabr
.

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər

27 noyabr
.

İlon Mask: "Google" "SpaceX"dən əlavə hesablama resursları icarəyə götürmək istəyir

"SpaceX"in təsisçisi İlon Mask "Google"un onun şirkətindən əlavə hesablama güclərini icarəyə götürməkdə maraqlı olduğunu bildirib. "Report" xəbər verir ki, Mask bu barədə şənbə günü "X" sosial şəbəkəsində yazıb. O digər təfərrüatları açıqlamır. "Google"

28 noyabr
.

Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı

Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək

28 noyabr
.

Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - Video

Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş izdiham və xaosla yadda qalıb. xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən mərasimə təxminən 400 min insan qatılıb. Yollar bağlandığından qonaq siyasətçilərdən biri avtomobilini qoyaraq toya tarlaların içində

28 noyabr
.

Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb

Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb. Fransanın nüfuzlu beynəlxalq xəbər agentliyi Agence France-Presse (AFP) kiberhücuma məruz qalıb. Hücum nəticəsində agentliyin media qurumlarına foto və video materiallar təqdim etdiyi AFP Forum platforması müvəqqət

27 noyabr
.

Putin G20 sammitinə gələ bilər - Tramp

Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident

27 noyabr
.

Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi

Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"

27 noyabr