MİNİMUM PENSİYA NƏ QƏDƏR OLMALIDIR? - "Əgər ərzaq və dərman qiymətləri artırsa..."
Azərbaycanda pensiyaların indeksləşdirilməsi və artımı fonunda yaşlı insanların real gəlirləri məsələsi yenidən müzakirə olunur. Ərzaq, dərman və kommunal xərclərin yüksəlməsi pensiyaların alıcılıq qabiliyyətinə təsir edir.
Pensiyalar real bahalaşmanı tam kompensasiya edirmi? Azərbaycanda minimum pensiya hansı məbləğdə olmalıdır?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirb ki, pensiyaların indeksləşdirilməsi və artırılması müsbət addımdır, amma yaşlı insanların real gəlirlərini qiymətləndirərkən yalnız pensiyanın nominal artımına baxmaq kifayət deyil.
Onun sözlərinə görə, əsas məsələ pensiyanın alıcılıq qabiliyyətinin, yəni əvvəlki illə müqayisədə həmin məbləğə nə qədər ərzaq, dərman və digər zəruri xidmət almağın mümkün olmasıdır: "Əslində indeksləşdirmə zamanı pensiyaçının tələbatına uyğun xüsusi inflyasiya indeksi çıxarılmalıdır. Xüsusilə yaşlı insanların xərclərində ərzaq, dərman və kommunal ödənişlərin payı yüksək olduğuna görə onların hiss etdiyi bahalaşma ümumi inflyasiyadan fərqlənə bilər. Bu fərq indeksləşdirilmə zamanı mütləq nəzərə alınmalıdır. Ona görə pensiyanın inflyasiya qədər artırılması belə hər zaman real gəlirin tam qorunması demək deyil. Əgər ərzaq və dərman qiymətləri orta inflyasiyadan daha sürətlə artırsa, pensiya nominal olaraq yüksəlsə də, insanın real həyat səviyyəsi əvvəlki kimi qala və hətta aşağı düşə bilər. Bu baxımdan pensiyaların indeksləşdirilməsi mexanizmi ilə yanaşı, aztəminatlı və təkcə pensiya hesabına yaşayan yaşlı insanların konkret xərcləri də nəzərə alınmalıdır".
Ekspert qeyd edib ki, minimum pensiyanın məbləğinə gəldikdə isə, bunu yalnız müəyyən bir rəqəm kimi deyil, minimum yaşayış və zəruri istehlak xərcləri əsasında müəyyənləşdirmək daha doğru olar: "Minimum pensiya insanın yalnız ərzaq almağına deyil, kommunal xərclərini, dərman və tibbi ehtiyaclarını, geyim və digər zəruri xərclərini də qarşılamağa imkan verməlidir. Məncə, minimum pensiya ilə minimum yaşayış ehtiyacları arasında ciddi fərq olmamalıdır və bu məbləğ mütəmadi olaraq real istehlak səbətinin qiymətinə uyğunlaşdırılmalıdır".
A.Nəsirli sonda vurğulayıb ki, ən optimal yanaşma pensiyaların ildə bir dəfə formal şəkildə artırılması deyil, yaşlı insanların real alıcılıq qabiliyyətinin qorunmasıdır:
"Bunun üçün indeksləşdirmə zamanı ümumi inflyasiya ilə yanaşı, ərzaq və dərman qiymətlərinin dinamikasına da xüsusi çəki vermək, aşağı pensiya alan şəxslər üçün əlavə sosial dəstək mexanizmləri yaratmaq daha effektiv nəticə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 807 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad
29 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabr10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrKeyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabr