Bakıda yayın son konserti keçirildi - Fotolar
İsti yay axşamlarında paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə istirahət günlərində şəhərin sakinləri və çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı "Meşə", Nizami rayonundakı Heydər Əliyev, Xətai rayonundakı "Nizami Gəncəvi" və Səbail rayonundakı Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilir.
Bu barədə Sonxeber.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həftə sonu artıq dördüncü dəfədir ki, paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib.
Konsert proqramlarının keçirildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarındandır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Hazırda bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvandır.
Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dərsləri keçiblər. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.
Konsertlərdə iştirak edən ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 332 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad
29 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabr10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrKeyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabr