"12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur" - Adil Vəliyev
12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugün iclasında deyib.
O qeyd edib ki, bakalavr təhsilinin 3 ilə endirilməsi Ali təhsil haqqında yeni qanunvericilikdə indiki realıqda mümkün deyil:
"Çünki burada məsələni kompleks həll eləməliyik. "Təhsil haqqında qanun"da və "Ümumi təhsil haqqında qanun"da bizim ibtidai təhsilin müddəti birinci və dördüncü sinifləri əhatə edir, ümumi orta təhsil beşinci və doqquzuncu sinifləri əhatə edir və tam orta təhsil müddəti 10 və 11-ci sinifləri əhatə edir. Toplam olaraq 11 illik sistemdir. Bu əslində bizim ölkənin hüdudlarından kənarda top universitetlərdə təhsil almaq istəyən şagirdlər üçün də müəyyən mənada çətinlik, maneə yaradır. Çünki həmin universitetlər bizim şagirdlərdən, baxmayaraq ki, çox yüksək səviyyədə müvəffəqiyyətlə bitirirlər, 12 illik təhsil sistemini alır. Məcbur olurlar ki, son mərhələdə bizim bəzi şagirdlərimiz Azərbaycanda fəaliyyət göstərən digər özəl təhsil komplekslərində o müddəti kompensasiya etsinlər.
Ona görə, düşünürəm ki, 12 illik təhsilə keçməklə, növbəti mərhələdə avtomatik olaraq bu 3 illik bakalavr sistemini çox rahat şəkildə tətbiq etmək olar. Amma hazırkı vəziyyətdə 11 il tam orta təhsil, üstəgəl 3 il bakalavr o qədər də məqsədəmuvafiq hesab edilməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 443 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrBakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr
30 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü
29 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabr