"Təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən ailənin real gəliri nəzərə alınmalıdır" - DEPUTAT
Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Təhsil krediti dəyərləndirilərkən bunu nəzərə almaq lazımdır.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.
Onun fikrincə, reallığa baxdıqda hər iki valideyni işləyən, lakin gəliri ailənin zəruri ehtiyaclarını qarşılamağa kifayət etməyən ailələr var:
"Kirayəhaqqı, kommunal xərclər, ərzaq, müalicə, digər gündəlik ödənişlər və bəzən eyni ailədə bir neçə övladın təhsil alması ailənin büdcəsinə ciddi yük yaradır. Belə bir vəziyyətdə valideynlərin işləməsi həmin ailənin təhsilhaqqını rahatlıqla ödəyə bilməsi anlamına gəlmir. Əksinə, bəzən ailə övladının təhsilini davam etdirməsi üçün bütün imkanlarını səfərbər etməli olur. Ona görə də hesab edirəm ki, təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən yalnız valideynlərin işləyib-işləməməsi deyil, ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 320 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrBakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr
30 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü
29 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabr