DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb.
Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb.
Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib.
Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondakı fotolarında onun şalvar geyindiyini gördükdən sonra qətli törədib.
Məlumata görə, cinayətkar təxminən dörd il əvvəl narkotik vasitələrin istehsalı və satışı ittihamı ilə həbs olunaraq, həmin müddət ərzində həbsxanada saxlanılıb. Rojda onun azad ediləcəyini öyrəndikdən sonra həyatının təhlükədə olacağından ciddi narahatlıq keçirməyə başlayıb. Buna görə hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib və qorunma tələb edib.
Bu müraciətdən cəmi iki gün sonra, 27 dekabr 2025-ci ildə Okay Gür evə gələn kimi Rojda ilə mübahisə etməyə başlayıb və onun telefonunu əlindən alıb. Telefona baxarkən Rojdanın şalvar geyindiyi fotoları görən şübhəli "Necə ola bilər ki, sən şalvar geyinirsən?" deyərək mübahisəni davam etdirib.
Daha sonra Rojda ilə danışmaq istədiyini deyərək onu evin qaraj kimi istifadə olunan hissəsinə aparıb. Burada Rojda təxminən 50 santimetr uzunluğunda iplə boğularaq öldürülüb. Daha sonra onun cəsədi evdən təxminən 3 kilometr uzaqlıqda yerləşən çay yatağında basdırılıb.
İstintaq çərçivəsində Okay Gür, kənd sakinləri 64 yaşlı Ömer Dorğun və onun 34 yaşlı oğlu Barış Dorğun saxlanılaraq həbs ediliblər.
İttiham aktında həmçinin qeyd olunub ki, Barış Dorğun ifadəsində Okay Gürün Rojdanı öldürüb basdırdığını ona dediyini və susması müqabilində 1 milyon Türkiyə lirəsi təklif etdiyini bildirib. (lent.az)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 626 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14 noyabrJurnalist Elnur Şükürov həbs edildi
Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyə
7 noyabr17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmi
14 noyabrBakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl
10 noyabrKişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
8 noyabr"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları
7 noyabrXƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
1 noyabr