Boşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO

Boşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEOTürkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembilli Ali Əfəndi məhəlləsində yerləşən binanın üçüncü mərtəbəsində baş verib. 53 yaşlı Namık Özcan və 45 yaşlı həyat yoldaşı Fatma Özcan-dan xəbər ala bilməyən övladları polisə məlumat verib.

Ünvana gələn polis əməkdaşları qapının açılmaması və mənzildən kimyəvi qoxunun gəlməsi səbəbindən AFAD və yanğınsöndürmə xidmətindən kömək istəyib. Mənzilə daxil olan ekipajlar Namık Özcanı qonaq otağında, Fatma Özcanı isə yataq otağında ölü vəziyyətdə aşkar edib.

Təhlükəsizlik məqsədilə bina boşaldılıb. Mənzildə aparılan araşdırma zamanı "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd, həmçinin bərk sianid olduğu ehtimal edilən maddə və digər kimyəvi maddələr aşkarlanıb.

Xüsusi qoruyucu geyimdə olan AFAD əməkdaşları tərəfindən evdən çıxarılan cütlüyün meyitləri yarılma üçün Ankaradakı Ədli Tibb İnstitutuna göndərilib.

İlkin ehtimallara görə, polis Namık Özcanın həyat yoldaşını sianidlə öldürdükdən sonra intihar etmiş ola biləcəyini araşdırır. Lakin bu ehtimal hələ təsdiqlənməyib. Cütlüyün dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertizasının nəticələrindən sonra müəyyənləşəcək.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 621   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO

İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda

29 sentyabr
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan bir

4 oktyabr
.

23 yaşlı Azərbaycan vətəndaşı Antalyada faciəvi şəkildə öldü - Video

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib. "Qafqazinfo" "Hürriyət"ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Hadisə nəticəsind

28 sentyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr