Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR

Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜROrqan donorluğu həyati əhəmiyyət daşıyan tibbi prosedur olsa da, donor üçün də müəyyən sağlamlıq riskləri yarada bilər. Əməliyyatın özü, bərpa dövrü və orqan funksiyasındakı dəyişikliklər donorun sağlamlıq vəziyyətindən və hansı orqanın bağışlanmasından asılı olaraq müxtəlif fəsadlara səbəb ola bilər.

Bəs, orqan donorluğu qanuni və tibbi nəzarət altında həyata keçirilsə belə, donorun sağlamlığı üçün hansı risklər yarada bilər və əməliyyatdan sonra hansı fəsadlar və uzunmüddətli sağlamlıq problemləri meydana çıxa bilər?
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜRMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, orqan transplantasiyası məsələsi ilk növbədə orqan bankının yaradılmasından keçir.

"Orqan bankı olmadan bu prosesin sistemli şəkildə həyata keçirilməsi mümkün deyil. Bu gün Azərbaycanda orqan transplantasiyası ilə məşğul olan bir neçə klinika və tanınmış mütəxəssis var. Lakin mütəmadi və sistemli şəkildə orqanların təmin olunması üçün orqan və donor bankının olması lazımdır. Bu gün Azərbaycanda orqan əsasən şəxsin yaxın qan qohumlarından, yəni bacı, qardaş, ata və anadan götürülə bilər. Digər şəxslərin donor olması məsələsində isə onların səmimiyyəti və motivləri ilə bağlı şübhələr yarana bildiyindən komissiya tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir."

Ekspert bildirib ki, xarici ölkələrdə isə bu məsələ əsasən beyin ölümü keçirmiş şəxslərdən orqanların götürülməsi ilə həll olunur:

"Donorun qan qrupu və müəyyən markerləri yoxlanılır, daha sonra uyğun orqan transplantasiya növbəsində olan şəxsə köçürülür. Beləliklə, dünyasını dəyişən və ya beyin ölümü keçirmiş bir insan başqa bir insana həyatını davam etdirmək imkanı verir. Azərbaycanda isə beyin ölümü keçirmiş şəxslərdən orqan götürülməsi məsələsində cəmiyyətin münasibəti hələ tam formalaşmayıb. İnsanlar vəfat etmiş yaxınlarından orqan götürülməsinə razı olmaya bilirlər. Buna görə də bu məsələnin sistemli şəkildə həlli hələ qarşıda duran məsələlərdən biridir".

Onun sözlərinə görə, donor məsələsinə gəldikdə isə, canlı donor ilk növbədə əməliyyata məruz qalır:

"Məsələn, qaraciyər transplantasiyası zamanı canlı donordan qaraciyərin bir hissəsi götürülür. Böyrək transplantasiyasında isə böyrəklərdən biri götürülür. Bu proseslərdən sonra müəyyən fəsad və risklərin yaranması mümkündür. Böyrək və ya qaraciyər çatışmazlığı, eləcə də əməliyyatla bağlı digər ağırlaşmalar bu risklər sırasında ola bilər. Bu baxımdan beyin ölümü keçirmiş şəxslərdən donor orqanlarının götürülməsi dünyada tətbiq olunan universal üsullardan biridir. Valideynlərin, bacı-qardaşların bir-birinə orqan vermək məcburiyyətində qalması da müəyyən risklərlə müşayiət olunur. Hesab edirəm ki, bu, donorların hüquqları baxımından da nəzərə alınmalı məsələdir və dünyada qəbul olunmuş prinsiplərin Azərbaycanda da daha sistemli şəkildə tətbiqinə ehtiyac var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 483   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23 sentyabr
.

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə

24 sentyabr
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12 sentyabr
.

Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər

Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib

8 sentyabr
.

Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda

14 sentyabr
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

8 sentyabr
.

Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?

Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında

8 sentyabr
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12 sentyabr
.

Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?

Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro

22 sentyabr