Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur.
Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) konqresində təqdim edilib.
Beynəlxalq Dermatologiya Cəmiyyətləri Liqasının təşkil etdiyi genişmiqyaslı layihə çərçivəsində ekspertlər 136 ölkənin nümayəndələrini sorğuya cəlb ediblər. Ölkələrin 42 faizindən çoxu qlobal istiləşmə fonunda dermatoloji problemlərin yayılmasında və ya ağırlıq dərəcəsində dəyişikliklər qeydə alıb.
Ən böyük təsir aşağı gəlirli ölkələrdə müşahidə olunub. Bu ölkələrdə mənfi dinamika 55 faizə çatıb. Həkimlər iqlim stresini istilik səpgilərinin, iltihabi proseslərin və infeksiyaların kəskin artması ilə əlaqələndirirlər. Sorğuda iştirak edənlərin təxminən yarısı gənə və ağcaqanadların daşıdığı xəstəliklərin yayılma xüsusiyyətlərində dəyişiklik olduğunu bildirib.
"Tədqiqatın müəllifi, epidemioloq Ester Friman bildirib ki, biz ekstremal hava şəraitini istilik vurması və ya tənəffüs problemləri ilə əlaqələndirməyə öyrəşmişik, lakin dəri iqlim dəyişikliyinə qarşı ilk müdafiə xəttimizdir".
Onun sözlərinə görə, temperaturun və rütubətin yüksəlməsi tərləməni artırır və dəridə qıcıqlanmaya səbəb olur, havanın çirklənməsi isə iltihabi prosesləri işə salır. İqlim zonalarının dəyişməsi həşəratların yaşayış arealını da genişləndirir və onların əvvəllər rast gəlinmədiyi ərazilərdə sağ qalmasına imkan yaradır.
Alimlər qlobal bərabərsizliyin kəskin olduğunu vurğulayırlar. İstixana qazlarının emissiyalarına ən az töhfə verən ölkələr əhalinin sağlamlığı üçün ən ağır nəticələrlə üzləşirlər.
Bu ölkələr çox vaxt ekstremal istilərin və daşqınların baş verdiyi regionlarda yerləşir. Eyni zamanda, onların səhiyyə sistemlərində ixtisaslaşmış mütəxəssislərin və dərmanların ciddi çatışmazlığı müşahidə olunur.
Coğrafi fərqlər də nəzərəçarpacaqdır. Avropada respondentlərin yalnız 16 faizi dəri xəstəliklərində dəyişikliklər müşahidə edildiyini bildirib. Qərbi Sakit okean regionunda isə bu göstərici təxminən 65 faizə çatıb.
Riskləri minimuma endirmək üçün mütəxəssislər dünya ictimaiyyətini iqlim dəyişikliklərinə hazırlıq proqramlarına dəri sağlamlığını da daxil etməyə çağırırlar.
Həkimlər qlobal istiləşmənin yaratdığı təhlükələrə səhiyyə sistemlərinin vaxtında cavab verməsinə imkan verəcək monitorinqin gücləndirilməsini zəruri hesab edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 80 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dayanmadan öskürürsünüz?
Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v
26 sentyabrGələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"
20 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabrQan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29 sentyabrBoyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18 sentyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabrNadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20 sentyabrÜrək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabr