İnkişafa, tərəqqiyə gedən yolun başlanğıcı

İnkişafa, tərəqqiyə gedən yolun başlanğıcıXalqı tarixdə yaşadan onu yetirdiyi böyük şəxsiyyətlərdir. Azərbaycan xalqının yetirdiyi şəxsiyyətlərdən biri də xalqımızın böyük oğlu, Ulu Öndər, türk dünyasının fəxri Heydər Əliyevdir. Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilinin zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən ümummilli lider
Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı naliyyətlərin ilhamçısı və təşkilatçısıdır.

Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni era başlandı. Böyük siyasi şəxsiyyət Heydər Əliyev xalqımızın bütün enerjisini özündə təcəssüm etdirən dahi idi. Xalqın müdrikliyinə inandığı Ulu Öndər Heydər Əliyev qətiyyəti, cəsarəti, iradəsi, həmişə uşaqlara, gənclərə qayğı ilə yanaşmağın parlaq nümunəsi olmuşdur.

Azərbaycanın tarixində, xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri, məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ümummilli Lider ölkəmizin ən yeni tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifidir.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır.

İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi. Ümummilli Liderin 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin böyük etimadını qazanması xalqımızın onun dönməz siyasi iradəsinə, yüksək nüfuzuna, idarəçilik təcrübəsinə olan inamından, ən əsası Vətən, xalq sevgisinin böyüklüyündən irəli gəldi: Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.

Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyət başına gəlməsi, bir-birinin ardınca həyata keçirdiyi tədbirlər sözün həqiqi mənasında böyük qəhramanlıq, hər şeydən əvvəl vətəndaşlıq hünəri idi. Cəbhədə atəşkəs elan olundu, ordu quruculuğu sahəsində səmərəli addımlar atıldı, iqtisadiyyatın inkişafı üçün təcili tədbirlər görüldü, demokratikləşdirmə prosesinə təkan verildi, iqtisadiyatımız dirçəlməyə başladı, respublikamızı tədricən düşdüyü ağır böhrandan qurtardı.

Dahi şəxsiyyətin şərəfli ömrünün tarixi səlnaməsi zəngin təlim-tərbiyə məktəbidir. Ulu Öndərin vətənə, xalqa, doğma torpağa hədsiz məhəbbət və sədaqət hissi Azərbaycana rəhbərlik etdiyi illərdə misilsiz uğurlar qazandırdı. Onun şərəfli ömür səlnaməsi gənclərin təlim-tərbiyə xəzinəsidir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi parlayacaq" kəlamı zaman ötdükcə ümummilli liderin böyük təməllər üzərində qurduğu Azərbaycanın dünyaya günəş kimi parladığının şahidi oluruq. Heydər Əliyev müdrik siyasətinin ilhamlı davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, güclü dövlət kimi aparır və ümumxalq məhəbbəti qazanır.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 293   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizi

2 oktyabr
.

Cəbrayıl - azadlığa qovuşan ilk şəhər

Cəbrayıl şəhərinin azadlığına qovuşmasından altı il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətə

1 oktyabr
.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanı

1 oktyabr
.

Prezident: "Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI

2 oktyabr
.

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu tarixdə Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Al

1 oktyabr
.

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

1 oktyabr
.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - FOTO

Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib. Prezident İlham Əliyevin nitqi:. - "Hörmətl

2 oktyabr
.

Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"

"Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regiona

2 oktyabr
.

Prezident: "Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"

"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amm

2 oktyabr