Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini də vurmaq üçün nəzərdə tutulmuş bu raketlərin üzərinə qoyduğu vəzifələrdən biri düşmənin raket əleyhinə müdafiə sistemini sıradan çıxarmaq və hədəflərin vurulması imkanlarını artırmaqdır.
Yeni raketlərin Yaponiyanın "Type-25" uzaqmənzilli raketlərini və ABŞ istehsalı olan "Tomahawk" raketlərini tamamlaması planlaşdırılır.
Raketlərin hazırlanması planının cari ilin sonunda qəbul edilməsi planlaşdırılan yeni milli təhlükəsizlik strategiyasında öz əksini tapacağı gözlənilir. Raketlərin hazırlanmasına gələn il, istehsalına 2029-cu ildə, kütləvi istehsalına isə 2030-cu ildə başlanacaq.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 284 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXaricə səfərlərə maraq artır: Yerli turizmi nə gözləyir?
Son dövrlər Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinə maraq müxtəlif amillərlə əlaqələndirilir. Turizm imkanlarının genişlənməsi, viza rejimi və nəqliyyat əlaqələri ilə yanaşı, təhsil, iş, alış-veriş və qohum ziyarətləri də səfərlərin artmasına təsir göstərə bilər. Xaricə səyahətə marağı
28 oktyabrAİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb
Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb
17 mayKİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevralTarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
200-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan
3 oktyabrBakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlə
16 oktyabrBölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs
28 avqustAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 2025