Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artımAzərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayda 16 milyon 303.2 min manatlıq dərman hazırlanıb və bu istiqamətdə illik artım 59 faizə çatıb. Rəqəmlər yerli əczaçılıq sənayesində ciddi canlanmadan xəbər verir. Bəs bu artımın arxasında hansı amillər dayanır? Artım daha çox yeni istehsal güclərinin istifadəyə verilməsi, yoxsa artıq fəaliyyət göstərən müəssisələrin istehsalını genişləndirməsi ilə bağlıdır? Yerli istehsal olunan dərmanların çeşidi nə qədər genişlənib? İstehsal artımı ölkənin dərman təminatında hansı dəyişiklikləri yarada bilər?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Artımın arxasında investisiya siyasəti dayanır"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında əczaçılıq sənayesindəki artım müsbət tendensiyadır: "Burada son illərdə həyata keçirilən ardıcıl sənaye və investisiya siyasətinin, yeni istehsal müəssisələrinin yaradılmasının, Pirallahı Sənaye Parkında əczaçılıq klasterinin formalaşdırılmasının və özəl investisiyaların cəlb edilməsinin mühüm rolu var. Xüsusilə yeni istehsal güclərinin istifadəyə verilməsi artıq real istehsal göstəricilərində özünü göstərməyə başlayır. Dövlətin strateji məqsədi də ölkənin dərman təminatında idxaldan asılılığını mərhələli şəkildə azaltmaq, keyfiyyətli dərmanların bir hissəsini Azərbaycanda istehsal etmək, əczaçılıq sahəsində yeni texnologiyaları tətbiq etmək və peşəkar kadr potensialı formalaşdırmaqdır. 48.4 faizlik artıma baxmayaraq, qarşıda mühüm vəzifələr qalır. Əsas məsələlərdən biri dərman istehsalında istifadə olunan xammal və aktiv farmasevtik inqrediyentlər üzrə xarici asılılığın azaldılmasıdır. Eyni zamanda, istehsalın yalnız son məhsul və qablaşdırma mərhələsi ilə məhdudlaşmaması, daha yüksək əlavə dəyər yaradan istehsal zəncirinin ölkə daxilində qurulması vacibdir".

M.Məmmədlinin fikrincə, növbəti mərhələdə yerli istehsalçılar üçün uzunmüddətli bazar təminatı, dövlət satınalmalarında keyfiyyət standartlarına cavab verən yerli məhsulların imkanlarının genişləndirilməsi, GMP standartlarının daha geniş tətbiqi, elmi-tədqiqat və istehsal əməkdaşlığının gücləndirilməsi, həmçinin ixrac bazarlarına çıxış xüsusi əhəmiyyət daşıyır: "Strateji hədəf Azərbaycan vətəndaşının keyfiyyətli, təhlükəsiz və münasib qiymətli dərman vasitələrinə davamlı çıxışını təmin edən, fövqəladə vəziyyətlərdə ölkənin dərman təhlükəsizliyini qoruyan və gələcəkdə regional bazarlara məhsul ixrac edə bilən milli əczaçılıq sənayesinin formalaşdırılması olmalıdır".

"Məhsul çeşidinin artması əsas amillərdəndir"

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyevin fikrincə, 2026-cı ilin ilk səkkiz ayında əczaçılıq istehsalında müşahidə olunan artımın iki mühüm səbəbi var: "Birincisi, Azərbaycanda yerli istehsalçıların və istehsal olunan məhsulların sayı tədricən artır. İkincisi isə artıq fəaliyyət göstərən yerli istehsalçılar həm istehsal həcmlərini genişləndirir, həm məhsul portfellərini artırır, həm də daxili bazarda daha böyük pay əldə etməyə başlayırlar. Burada digər mühüm məqam istehsalın yalnız kəmiyyət baxımından deyil, texnoloji baxımdan da inkişaf etməsidir. Artıq Azərbaycanda daha yüksək texnologiya tələb edən və bazar dəyəri nisbətən yüksək olan dərman vasitələri də istehsal olunur. Bu məhsulların istehsalı ümumi əczaçılıq istehsalının pul ifadəsində artımına əhəmiyyətli təsir göstərir".

Azər Xudiyevin sözlərinə görə, ən vacib amil insanların yerli istehsala artan etimadıdır: "Əgər həkim, pasiyent və ümumilikdə cəmiyyət yerli istehsal olunan dərmanların keyfiyyətinə inanırsa, bu, sektorun uzunmüddətli inkişafı üçün ən güclü təməldir. Bu etimadı qorumaq üçün isə yerli istehsalçılar keyfiyyət standartlarını daim yüksəltməli və beynəlxalq tələblərə uyğun istehsalı prioritet hesab etməlidirlər. Qarşıdakı illərdə yerli istehsal olan dərmanların bazarımızdakı payının daha da artacağı gözlənilir. Yaxın dövrdə yeni molekulların və daha mürəkkəb dərman vasitələrinin yerli istehsalının başlanması və bazara çıxması gözlənilir. Buna görə də hazırkı artımı yalnız bir ilin statistik göstəricisi kimi deyil, daha uzunmüddətli sənaye inkişafının ilkin nəticələrindən biri kimi qiymətləndirmək olar".

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım - Foto

"Məhsulların apteklərdə əlçatanlığı əsas problem olaraq qalır"

Azər Xudiyevin fikrincə, sektorun inkişafını sürətləndirmək üçün həll edilməli məsələlər də qalır: "Əsas problemlərdən biri distribusiya və yerli məhsulların apteklərdə əlçatanlığıdır. Yerli dərman istehsal etmək kifayət deyil - həmin məhsul ölkə üzrə apteklərdə pasiyent üçün real şəkildə əlçatan olmalıdır. Bu baxımdan, böyük distribusiya şirkətlərinin yerli istehsala daha fəal dəstək verməsi vacibdir. İstehsal olunan məhsulların bir qisminin anbarlarda qalması və reallaşdırılmaması müəyyən bürokratik səbəblərlə də bağlıdır. Digər mühüm istiqamət dövlət satınalmaları və tenderlərdir. Yerli istehsalın inkişafı ölkənin dərman təminatında idxaldan asılılığın tədricən azalmasına, təchizat təhlükəsizliyinin güclənməsinə, ölkə daxilində əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasına xidmət edə bilər. Buna görə dövlət satınalmalarında keyfiyyət, qiymət və təchizat imkanları nəzərə alınmaqla yerli istehsalın inkişafını təşviq edən mexanizmlərin daha da gücləndirilməsi faydalı olardı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 92   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

3 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

4 oktyabr