Yerli məhsullar niyə xaricdən gələnlərdən bahadır? - Səbəblər açıqlanır - İQTİSADÇIDAN AÇIQLAMA

Yerli məhsullar niyə xaricdən gələnlərdən bahadır? - Səbəblər açıqlanır - İQTİSADÇIDAN AÇIQLAMASupermarketlərdə yerli istehsal olunan bəzi məhsulların xarici analoqlarından daha baha satılması diqqət çəkir. Eyni kateqoriyaya aid məhsullar arasında qiymət fərqinin yaranması istehlakçılar üçün də sual doğurur. Yerli məhsulun istehsal, logistika və satış xərcləri ilə yanaşı, idxal olunan məhsulların maya dəyəri və bazardakı rəqabət də qiymətlərə təsir göstərə bilər.

Bəs yerli məhsullar niyə xarici məhsullardan baha satılır? Qiymət fərqinin əsas səbəbləri nələrdir?
Yerli məhsullar niyə xaricdən gələnlərdən bahadır? - Səbəblər açıqlanır - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, yerli məhsulun supermarketdə xarici analoqdan baha olması ilk baxışda paradoksal görünsə də, bunun bir neçə iqtisadi səbəbi var. Əsas məsələ məhsulun yalnız istehsal qiyməti deyil, onun supermarketə çatana qədər keçdiyi bütün zəncirin ümumi xərcidir. Onun sözlərinə görə, Azərbaycanda yerli istehsalçının istehsal miqyası bir çox hallarda xarici iri istehsalçılarla müqayisədə kiçikdir: "Kiçik həcmdə istehsal zamanı toxum, yem, gübrə, qablaşdırma, logistika, enerji, texnika və digər xərclərin hər məhsul vahidinə düşən payı artır. Xarici istehsalçı isə böyük həcmdə istehsal etdiyindən maya dəyərini daha aşağı sala bilir. Digər mühüm amil xammal və istehsal vasitələrinin qiymətidir. Yerli məhsulun "yerli" olması onun bütün xammalının da yerli olması demək deyil. İstehsalçı qablaşdırma materialını, yem və gübrəni, texnologiyanı və bəzi xammalı idxal edirsə, məzənnə və logistika xərcləri son qiymətə təsir edir. Nəticədə məhsul Azərbaycanda istehsal olunsa da, onun maya dəyərinin müəyyən hissəsi xarici bazarlardan asılı qalır.

Mövsümi istehsal da qiymət fərqinin səbəblərindən biridir. Xarici ölkələrdən ilboyu böyük həcmdə gətirilən məhsul supermarket şəbəkəsində daha sabit qiymətlə satıla bilər. Yerli istehsal isə mövsümdən, məhsuldarlıqdan və hava şəraitindən daha çox asılı olduğuna görə müəyyən dövrlərdə təklif azalır və qiymət yüksəlir. Supermarketlərin satınalma siyasəti də burada əhəmiyyətlidir. İri xarici istehsalçı və distribyutor supermarketə böyük həcmdə məhsul, uzunmüddətli müqavilə və müxtəlif kommersiya güzəştləri təklif edə bilər. Yerli istehsalçının belə imkanları məhdud olduqda supermarket üçün xarici məhsulun alış qiyməti daha aşağı formalaşa bilər. Buna görə rəfdə xarici məhsulun ucuz olması mütləq onun mənşə ölkəsində daha ucuz istehsal edilməsi demək deyil.

Digər tərəfdən, yerli istehsalçının bazar gücü zəifdirsə, onun məhsulu bir neçə vasitəçinin əlindən keçə bilər. İstehsalçıdan topdansatışçıya, oradan distribyutora və daha sonra supermarketə qədər formalaşan marja son qiyməti əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan "fermerdən rəfə qədər" olan zəncirin qısaldılması yerli məhsulun rəqabət qabiliyyətini ciddi şəkildə artıra bilər.

Burada məhsulun keyfiyyəti və standartları da nəzərə alınmalıdır. Bəzi yerli məhsullar daha yüksək keyfiyyət, təbii istehsal və ya premium seqment hesabına baha satıla bilər. Ona görə yalnız qiymət müqayisəsi aparmaqla yerli və xarici məhsulun iqtisadi səmərəliliyini tam qiymətləndirmək mümkün deyil.
Əsas problem isə odur ki, yerli istehsalçı supermarket rəfində xarici məhsulla eyni qiymət və ya daha aşağı qiymətlə rəqabət aparmaq üçün yalnız dövlət dəstəyinə deyil, miqyas iqtisadiyyatına, ucuz maliyyələşməyə, logistikanın yaxşılaşmasına, saxlama və emal infrastrukturuna ehtiyac duyur. Əks halda istehsalçıya verilən subsidiya belə son qiymətə tam əks olunmaya bilər.

Yəni yerli məhsulun baha olmasının səbəbini təkcə supermarketin marjasında və ya istehsalçının qiymət siyasətində axtarmaq düzgün olmaz. Problem çox vaxt bütün zəncir üzrə formalaşır: kiçik istehsal miqyası + yüksək maya dəyəri + logistika və saxlama xərcləri + vasitəçilər + supermarketin kommersiya şərtləri. Bu zəncirin hansı həlqəsində xərc daha yüksəkdirsə, əsas müdaxilə də məhz orada edilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 639   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda qızılın son qiymətləri

Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr

12 noyabr
.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

Qızılın qiyməti 3 700 dollardan aşağı düşdü

Dünya bazarında qızılın qiyməti kəskin ucuzlaşaraq son iki ayda ilk dəfə bir troya unsiyası üçün 3 700 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verib. Nyu-Yorkun COMEX əmtəə birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2,46 faiz azalara

19 noyabr
.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

Qızılın qiyməti son bir ilin minimumuna düşdü

Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai

16 noyabr
.

Qızılın son qiymətləri bəlli oldu

11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd

11 noyabr
.

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərind

9 noyabr
.

Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb

Gələn il Azərbaycanda qaz hasilatının həcminin 48 milyard 523,7 milyon kubmetrə çatacağı nəzərdə tutulub. xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozla müqayisədə 0,2 % çoxdur. Ümumi həcmdən 35 milyar

12 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr