Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayevin idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən PAZ markalı 10-JR-983 nömrə nişanlı avtobus 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevə məxsus "Khazar" markalı 20-EK-097 nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində öz avtomobilində sərnişin qismində olan Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən orada dünyasını dəyişib.
Məlumata görə, Cavidan Mirzəyev tələbə olub. O, Türkiyənin Alanya Universitetində təhsil alırmış. Avtomobili idarə edən Yaqub isə onun dostu olub və bir neçə dəfə yol-hərəkəti qaydalarını kobud pozduğu üçün avtomobil sürmək hüququndan məhrum edilibmiş. Cavidan və Yaqub hadisə vaxtı Bakıdakı gecə klublarının birindən gəlirlərmiş. Cavidan spirtli içki qəbul etdiyindən onun avtomobilini Yaqub idarə edib və qəza törədib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 673 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamın işğaldan azad olunmasından 6 il ötür
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. -ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara
20 noyabrJurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20 noyabrSabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəz
19 noyabr"Atlant"ın rəhbəri vəfat etdi
Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Bizim.media-ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq
20 noyabrKupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa
20 noyabrSabah hava necə olacaq?
Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb, şimal-qərb küləyi, gündü
19 noyabr