Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir
"Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı və perspektivlərin müzakirəsi müasir dövrdə ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələri sadəcə regional əməkdaşlığın bir istiqaməti deyil, Avrasiya ticarətinin yeni coğrafiyasını formalaşdıran strateji amilə çevrilib. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən əsas tranzit halqalardan biridir. Bu prosesin mərkəzində isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) dayanır".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib.
"2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Azərbaycandan 16,91 milyon ton yük daşınıb. Bunun 8,17 milyon tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin payına düşüb. Eyni ildə Şimal-Cənub dəhlizi ilə 9,29 milyon ton yük daşınıb. Bu rəqəmlər Azərbaycanın beynəlxalq nəqliyyat sistemində çoxdəhlizli tranzit mərkəzinə çevrildiyini göstərir. Orta Dəhlizin dəmir yolu seqmenti təxminən 4256 kilometr, Xəzər üzərindən dəniz seqmenti isə təxminən 508 kilometrdir. Orta Dəhliz üzrə Çin-Avropa marşrutunun məsafəsi təxminən 8000-10 000 kilometr, tranzit müddəti isə 12-18 gün qiymətləndirilir. Müqayisə üçün, Süveyş marşrutu təxminən 20 min kilometrdir və tranzit müddəti 30-45 günə qədər çata bilər. Bu üstünlük Azərbaycanın rolunu xüsusilə artırır. Çünki Mərkəzi Asiyadan gələn yük Xəzərin şərq sahilindən Azərbaycan limanlarına çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolu və digər multimodal bağlantılar vasitəsilə Türkiyə və Avropa istiqamətində hərəkət edə bilir.
2025-ci ildə Azərbaycandakı nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 14,26 milyon ton, avtomobil nəqliyyatı ilə 11,05 milyon ton, dəniz nəqliyyatı ilə isə 7,23 milyon ton yük daşınıb. Dəmir yolu yüklərinin 46,2 faizi, avtomobil daşımalarının 42,3 faizi, dəniz daşımalarının isə 93,3 faizi tranzit yüklərdən ibarət olub. Bu göstəricilər tranzitin Azərbaycan nəqliyyat sistemindəki çəkisinin nə qədər yüksək olduğunu ortaya qoyur: "2026-cı ilin ilk yarısında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında Şərq-Qərb dəhlizi üzrə 9,21 milyon ton, o cümlədən Avropa-Qafqaz-Asiya dəhlizi üzrə 4,6 milyon ton yük daşınıb. Həmin dövrdə dəmir yolu ilə 7,59 milyon ton, avtomobil nəqliyyatı ilə 5,7 milyon ton, dəniz nəqliyyatı ilə isə 3,37 milyon ton yük daşınıb. Bu rəqəmlər statistik göstəricilər olmaqla yanaşı, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı nəqliyyat və tranzit əlaqələrinin nə qədər əhəmiyyətli olduğunu, region dövlətlərinin ticarət əlaqələrini möhkəmləndirdiyini də göstərir. Bununla yanaşı, Asiya ilə Avropanın Azərbaycan üzərindən iqtisadi-ticarət əlaqələrinin inkişafını da ortaya qoyur. Bu baxımdan Azərbaycanın tranzit infrastrukturunu diqqətdən kənarda qoymaq olmaz. Azərbaycan Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə böyük sərmayələr qoyularaq Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və Bakı Beynəlxalq Ticarət Limanının rekonstruksiya edilməsi bu gün Azərbaycana öz bəhrəsini verir.
Orta Dəhlizin üstünlüklərindən biri Xəzər dənizində mühüm logistika qovşağına malik olmasıdır. Mərkəzi Asiyadan gələn yüklər əsasən Qazaxıstanın Aktau və Kurık, Türkmənistanın Türkmənbaşı limanları istiqamətindən Xəzəri keçərək Bakı limanına daxil olur. Azərbaycan Orta Dəhlizin yalnız tranzit ərazisi deyil, həm də müxtəlif nəqliyyat növlərinin birləşdiyi logistika platforması funksiyasını yerinə yetirir. Avropa İttifaqının 2026-cı ilin fevralında açıqladığı araşdırmaya görə, Trans-Xəzər marşrutu üzrə ticarət 2022-ci ildən etibarən dörd dəfə artıb və düzgün investisiyalar həyata keçirildiyi təqdirdə 2030-cu ilə qədər daha üç dəfə artırıla bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə qarşılıqlı əlaqələrdə inkişafın növbəti mərhələsinə keçid üçün yollar müzakirə olunaraq qərarlar qəbul ediləcək".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?
The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"
Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi