Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Foto

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoOktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

Sonxeber.az AZƏRTAC-a istinadən Azərbaycan Prezidentinin bəyanatını təqdim edir:

- "Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Baş nazir, Sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, səfəriniz çox səmərəli və Sizin üçün xoş olacaqdır.

Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir.

Həmçinin 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.

Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.

Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış "ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.

Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır.

Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və "Böyük Qayıdış" Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

Cənab Baş nazir, Sizi bir daha salamlayıram. Bilirəm ki, Sizin çox zəngin səfər proqramınız var. Əminəm ki, həm rəsmi səfəriniz, həm də Zirvə görüşü çərçivəsində Azərbaycanda keçirdiyiniz vaxt Sizin üçün xoş olacaqdır. Eyni zamanda, ümid edirəm ki, ölkəmizi daha yaxından tanımaq üçün də vaxtınız olacaq. Bir daha xoş gəlmisiniz".

Daha sonra Kambocanın Baş naziri Hun Manet bəyanatla çıxış edib:

- "Təşəkkür edirəm, cənab Prezident.

İlk növbədə, nümayəndə heyətimiz adından göstərilən səmimi qonaqpərvərliyə, həmçinin AQEM-in Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək və bu gün Azərbaycana rəsmi səfərə gəlmək üçün dəvətə görə minnətdarlığımı bildirmək istərdim.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bundan əvvəl görüşümüz oldu. Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq.

Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir.

Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik.

Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir.

Hesab edirəm ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.

Digər məsələlərə gəldikdə isə düşünürəm ki, cənab Prezident müzakirə etdiyimiz bütün mövzuları ətraflı əhatə etdi. Növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir.

Bu gün günortadan sonra Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanım olacaq. Biz, həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət edəcəyik. Hesab edirəm ki, özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

Biz, həmçinin ölkələrimizin mülki aviasiya qurumlarının nümayəndələri arasında görüşün keçirilməsi və nəqliyyat bağlantılarının genişləndirilməsinə şərait yaradacaq hava əlaqələri haqqında sazişin imzalanması imkanlarını müzakirə etdik. Düşünürəm ki, müzakirələrimizin əsas məğzi bunlardan ibarətdir.

Cənab Prezident, dəvətinizə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm. Kamboca xalqı adından Azərbaycan Hökumətinə ölkəmizə ötən illər ərzində göstərdiyi dəstəyə, xüsusilə təhsil sahəsində ayırdığı təqaüdlərə görə təşəkkür etmək istərdim. Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə digər sahələri də əhatə edəcəkdir.

Sonda Əlahəzrət Kral Norodom Sihamoninin Zati-alinizə Kambocaya səfər etmək dəvətini çatdırmaq istərdim. İnanıram ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı daha geniş müzakirələr aparmaq üçün imkan yaradacaqdır. Eyni zamanda, qarşıdakı günlərdə keçiriləcək AQEM-in Zirvə görüşündə sədrliyinizdə Sizə uğurlar arzulayıram.

Təşəkkür edirəm".

11:50

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

11:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış edirlər.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FotoPrezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 253   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi inteqrasiyanın yeni imkanlarını formalaşdırır

"Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Beynəlxalq bazarlarda rəqabətin güclənməsi, təchizat zəncirlərinin yenidən qurulması, istehsalın texnoloji əsaslarının dəyişməsi və yeni logistika imkanlarının meydana çıxması ölkələrin iqtisadi siyasətind

9 oktyabr
.

Prezident: "Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"

"Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident

12 oktyabr
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

12 oktyabr
.

İlham Əliyev: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

"Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumlar

12 oktyabr
.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir

"Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı bu regionun dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi, həm ikitərəfli formatda, həm də ümumilikdə Mərkəzi Asiya kontekstində münasibətlərin inkişaf etdirilməsi baxımında

9 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

9 oktyabr
.

İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib

Dövlətimizin başçısı İlham Əliyev 23 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfində

12 oktyabr
.

Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd

12 oktyabr
.

Prezident: "Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"

"Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üz

12 oktyabr