Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi
Avropa Kosmik Agentliyinin (ESA) "Evklid" kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib.
"Qafqazinfo" xəbər verir ki, ESA-nın məlumatına görə, "J1504+6252" adı ilə tanınan və "Dun Aonghasa" kimi də adlandırılan obyekt kainatın hələ çox gənc olduğu dövrə - təxminən 13,1 milyard il əvvələ aiddir.
Bu tapıntı "Evklid"in bir neçə ay əvvəl qeydə aldığı ən uzaq kvazar rekordunu 40 milyon il üstələyir.
Təxminən 18 aylıq müşahidə məlumatlarının milyonlarla səma cismi arasında təhlil edilməsi nəticəsində tapılan kvazarın varlığı həm yerdəki, həm də kosmosdakı teleskoplarla aparılan müşahidələrlə təsdiqlənib. "James Webb" kosmik teleskopunun apardığı müşahidələr kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə böyük olduğunu göstərib. Maraqlısı budur ki, bu qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı analoqları ilə müqayisədə daha yavaş udur.
Kainatın cəmi 630 milyon il yaşında olduğu vaxt belə nəhəng kütləli qara dəliyin necə yaranması və bu qədər sürətlə böyüməsi alimlər üçün yeni suallar doğurur. Yeni nəticələr qara dəliklərin formalaşmasını və inkişafını izah edən mövcud nəzəri modelləri ciddi sınaq qarşısında qoyur. Mərkəzlərindəki supermassiv qara dəliklərin ətrafdakı qazı cəlb etməsi sayəsində böyük enerji buraxan kvazarlar qalaktikaların aktiv nüvələri kimi tanınır. 2023-cü ildə orbitə buraxılan "Evklid" kosmik teleskopu isə kainatın qaranlıq maddə və qaranlıq enerji kimi hələ tam öyrənilməmiş xüsusiyyətlərini araşdırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 92 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni Ay torpağında yeməli kartof yetişdirildi
NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind
24 noyabrMarin Le Pen III dünya müharibəsi ilə bağlı xəbərdar edib
Rusiya-Ukrayna münaqişəsinin tərəfləri onun nəticələrini dərk etməsələr, bu Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Bunu Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada vəziyyətin yalnı
23 noyabrAİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib
Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul
23 noyabrAİ texnologiyaların maliyyələşdirilməsi üçün 50 milyard avroluq fond yaradır
Avropa Komissiyası (AK) 50 milyard avroyadək məbləğdə texnologiyaların maliyyələşdirilməsi üzrə suveren fondun (Sovereign Tech Equity Fund, STEF) yaradılmasını təklif edir. Bu barədə "Report" AK-yə istinadən xəbər verir. AK Avropanın kvant tədqiqatlarını məhsul və xidmətlərə çevirməyə, təchiza
25 noyabrRusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozmas
24 noyabrMelaniya Tramp fotolarını satışa çıxardı
ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"
24 noyabr