Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozublar.
Hadisələrin çoxu Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib.
Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.
Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.
Məhkəmələrin qərarı ilə həmin şəxslərin bir neçəsi 1 ay, 25 və 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 176 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13 oktyabr"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi
14 oktyabr"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql
14 oktyabrVahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?
Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın
13 oktyabrLeyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:
14 oktyabr