The Guardian: "Ukraynada yerləşdiriləcək Avropa hərbçiləri Rusiya hücumlarına cavab verə biləcək"
Böyük Britaniya və Fransa Ukraynada mümkün atəşkəsdən sonra yerləşdirilməsi nəzərdə tutulan Avropa hərbi qüvvələrinin təhlükəsizlik qaydalarını müəyyənləşdirir. Plana əsasən, Rusiya qüvvələri Avropa hərbçilərinə hücum edərsə, onlar özünümüdafiə məqsədilə cavab atəşi aça biləcəklər.
Nəşrin məlumatına görə, Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi ehtimal olunan missiya NATO-nun tərkibində fəaliyyət göstərməyəcək. Hərbi qüvvələrin əsasən Avropa texnologiyalarından istifadə etməsi, ABŞ-ın Starlink kimi sistemlərindən asılı olmaması nəzərdə tutulur.
11 ölkə hərbi təlimlərə qatılacaq
Noyabrın 9-dan 22-dək Polşada keçiriləcək Koalicja təlimlərində 11 ölkədən 2 800 hərbçinin iştirakı planlaşdırılır.
Sonxeber.az The Guardian-a istinadən xəbər verir ki, onlardan 1 500-ü Fransa, 300-ü isə Böyük Britaniya hərbçiləri olacaq.
Təlimlərin məqsədi mümkün atəşkəsdən sonra Avropa qüvvələrinin Ukraynaya sürətlə yerləşdirilməsi və birgə fəaliyyət imkanlarının yoxlanılmasıdır.
Rusiya ilə birbaşa qarşıdurma riski
Planlaşdırılan missiyanın əsas vəzifələrindən biri Ukrayna ordusunun müharibədən sonrakı dövrdə gücləndirilməsinə kömək etməkdir. Avropa hərbçilərinin əsasən cəbhə xəttindən uzaq ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur.
Bununla belə, hərbçilərə pilotsuz uçuş aparatları da daxil olmaqla mümkün hücumlara qarşı özünümüdafiə hüququnun verilməsi Rusiya ilə birbaşa qarşıdurma riskini gündəmə gətirir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 415 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşu ölkədə bir ay ərzində üçüncü meymun çiçəyi xəstəliyi aşkarlandı
Moskvada 38 yaşlı kişi laboratoriya müayinələri nəticəsində meymunçiçəyi xəstəliyinə yoluxduğu təsdiqləndikdən sonra Domodedovo Mərkəzi Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə, bu, son bir ayda xəstəxanada aşkarlanan üçüncü xəstəlik hadisəs
2 noyabrPolis Halloween bayramını qeyd edən sakinləri saxladı
Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın mərkəzində Halloween bayramını qeyd edən bir neçə nəfəri saxlayıblar. xəbər verir ki, polis, çevik polis və Rosqvardiya əməkdaşları bayram geyimli gənclərin toplaşdığı Kitay-qorod rayonunda reyd keçiriblər. Hadisə yerindən çəkilmiş videoda bir neçə nəfəri
2 noyabr100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
2 noyabrQuldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib
Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib. xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb. "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındak
2 noyabrKiyev işıqsız qaldı
Ukraynanın paytaxtı Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinin verilişində qəza səbəbindən fasilələr yaranıb. Bu barədə Ukraynanın "DTEK" enerji holdinqi məlumat yayıb. "Ukrenerqonun göstərişi ilə Kiyev və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib
2 noyabrAvropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
2 noyabr