Fransada televiziya kanalının bağlanması tələb olunur: Petisiya 500 min imzanı keçib
Fransada sağçı mövqeyi ilə tanınan CNews televiziya kanalının yayımının dayandırılması tələbi ilə başladılan petisiyaya imza atanların sayı 500 mini ötüb. Təşəbbüs ölkənin paytaxtı Parisin ətrafında baş vermiş irqçi hücumdan sonra daha geniş dəstək qazanıb.
AFP-nin məlumatına görə, petisiya iyun ayında başladılıb. Lakin oktyabrın 23-də Konqo mənşəli Fransa vətəndaşının öldürülməsi və daha yeddi nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra imzaların sayı kəskin artıb.
Hadisə Parisin qərbində yerləşən Trappes və La Verrière şəhərlərində baş verib. Hücumda şübhəli bilinən 39 yaşlı şəxs qətl və qətlə cəhd ittihamları ilə saxlanılıb. Prokurorun açıqlamasına əsasən, şübhəli ifadəsində müsəlman, afrikalı və ya Şimali Afrikadan olan şəxsləri hədəf aldığını bildirib.
Kanal irqçi fikirləri yaymaqda ittiham olunur
Fransa mediasında yayılan məlumatlara görə, hücumda şübhəli bilinən şəxs CNews kanalının daimi izləyicisi olub. Bu məlumatdan sonra bir sıra siyasətçilər və ictimai fəallar kanalı miqrantlara və azlıqlara qarşı düşmən münasibəti gücləndirən fikirlərə geniş yer verməkdə ittiham ediblər.
Sonxeber.az France 24-ə istinadən xəbər verir ki, petisiyanın müəllifləri CNews-u informasiya kanalı deyil, təbliğat vasitəsi kimi xarakterizə edərək onun efirdən çıxarılmasını tələb edirlər.
Kanala qarşı tənqidlər ölkədə 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində daha da güclənib. Sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin sorğularda ön sıralarda olması da müzakirələrin siyasi əhəmiyyətini artırıb.
Petisiya parlamentdə müzakirəyə çıxarıla bilər
Fransa parlamentinin qaydalarına əsasən, petisiyanın 500 min imza toplaması məsələnin aşağı palatada müzakirəyə çıxarılması imkanını yaradır. Bununla belə, parlament komissiyası əvvəlcə müraciəti nəzərdən keçirməli və müzakirənin keçirilib-keçirilməyəcəyinə qərar verməlidir.
CNews kanalının sahibi, fransalı milyarder Vensan Bollorenin media qurumunun nümayəndələri AFP-yə açıqlamalarında petisiyanı siyasi xarakterli hesab etdiklərini və bu barədə şərh verməyəcəklərini bildiriblər. Kanal daha əvvəl irqçi fikirləri təbliğ etməsi ilə bağlı ittihamları rədd edərək söz azadlığını müdafiə etdiyini açıqlayıb.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda avtomobil gözəllik salonuna girdi
Tarixi ədalətin Zəfəri!