ABŞ-da seçkilərin nəticələri açıqlanır: Demokratlar Trampın partiyasından Konqresə nəzarəti aldı
ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyası mühüm qələbə qazanaraq Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında çoxluğu əldə edib. Nəticələr Prezident Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyası üçün ciddi siyasi məğlubiyyət kimi qiymətləndirilir.
Reuters-in məlumatına görə, demokratlar Respublikaçıların ənənəvi üstünlüyə malik olduğu bir sıra ştatlarda da qələbə qazanıblar. Partiya Texas, Kanzas, Ayova, Ohayo, Men, Şimali Karolina və Cənubi Karolinada Senat mandatlarını əldə edərək mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Nümayəndələr Palatasında da iki ondan çox əlavə mandat qazanılıb.
Seçkilərin nəticələrinə təsir göstərən əsas məsələlər arasında ABŞ-da yaşayış xərclərinin artması, iqtisadi vəziyyət, hökumətin fəaliyyəti və İranla müharibə ilə bağlı narazılıqlar göstərilir. Reuters-in seçki sonrası təhlilinə əsasən, seçicilərin böyük hissəsi ölkədəki yüksək qiymətlərə görə Tramp administrasiyasını məsul hesab edir.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, seçkilərin nəticələri Donald Trampın prezidentlik müddətinin növbəti iki ilində siyasi fəaliyyətinə də təsir göstərə bilər. Demokratların Konqresdə çoxluğu əldə etməsi prezidentin qanunvericilik təşəbbüslərinin qəbulunu çətinləşdirə, administrasiyanın fəaliyyətinə parlament nəzarətini gücləndirə və onun irəli sürdüyü bəzi təyinatların qarşısını ala bilər.
Tramp isə seçkilərin nəticələrindən sonra Demokratların qələbəsinin onun şəxsi məğlubiyyəti kimi qiymətləndirilməsinə etiraz edib. ABŞ-da seçkilərin yekun rəsmiləşdirilməsi prosesi davam edir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 144 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazının cənubunda dörd tanker partlayıb
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşüb və daha iki gəmi ələ keçirilib. xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyanat yayıb. Agentlik Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirib ki, "Hörmüz boğazının cənub hissəsindəki məhdudlaşdırılmış zonadan keçməy
4 noyabrÇin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiy
3 noyabr100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
2 noyabrBu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo
3 noyabrQuldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib
Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib. xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb. "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındak
2 noyabrABŞ-da ara seçkilər keçiriləcək
Amerikalılar bu gün ABŞ Konqresinin ara seçkilərində iştirak edəcəklər. xəbər verir ki, səsvermənin nəticələri Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Konqresin aşağı palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i təhlükə altındadır. Bundan əlavə, təxminən 40 ştatd
3 noyabr