Tramp üçün həlledici gün: Demokratlar qalib gəlsə, ABŞ-ni nə gözləyir?

Tramp üçün həlledici gün: Demokratlar qalib gəlsə, ABŞ-ni nə gözləyir?ABŞ-də bu gün, noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Prezident Donald Trampın hakimiyyətinin ikinci ilinə siyasi qiymət kimi də dəyərləndirilən seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qoruyub-saxlamayacağı müəyyənləşəcək. Demokratların qələbəsi isə Ağ Ev üçün qanunvericilik təşəbbüslərinin qarşısının alınması, administrasiyaya qarşı araşdırmalar və siyasi qarşıdurmanın dərinləşməsi ilə nəticələnə bilər.

Səsvermə nəticəsində Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın isə 35 üzvü seçiləcək. Bundan başqa, 36 ştatda qubernator seçkiləri, ştat qanunverici orqanlarına seçkilər və müxtəlif yerli referendumlar keçirilir.

ABŞ Konqresi iki palatadan ibarətdir: Nümayəndələr Palatası və Senat. Nümayəndələr Palatasının üzvləri 2, senatorlar isə 6 il müddətinə seçilir. Senatın tərkibi tamamilə yenilənmir, hər iki ildən bir təxminən üçdə biri yenidən seçkilərə çıxır. Aralıq seçkilərinin əsas siyasi əhəmiyyəti isə Konqresin hər iki palatasında hansı partiyanın çoxluğa sahib olacağının müəyyənləşməsidir.

Hazırda Respublikaçılar hər iki palatada üstünlüyə malikdir. Demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün üç, Senatda isə dörd mandatlıq xalis artıma nail olmalıdırlar.

Donald Tramp seçki kampaniyasında Respublikaçıların Konqresdəki mövqelərini qorumasını özünün iqtisadi siyasətinin davam etdirilməsi üçün vacib şərt kimi təqdim edir.

Onun seçicilərə ünvanladığı ən diqqətçəkən vədlərdən biri Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gələrsə, ABŞ-nin hər bir yetkin vətəndaşına 5 000 dollar ödənilməsi ilə bağlıdır.

Tramp bu ödənişin gömrük rüsumlarından əldə olunan gəlirlər hesabına maliyyələşdirilə biləcəyini iddia edir. Trampın seçki kampaniyasında önə çəkdiyi digər istiqamətlər vergi güzəştləri, sərhəd təhlükəsizliyi və iqtisadi artımdır. O, bəxşişlərdən, əlavə iş saatlarına görə ödənişlərdən və sosial təminat ödənişlərindən verginin azaldılması və ya ləğvi ilə bağlı təşəbbüslərini administrasiyasının nailiyyətləri olduğunu deyib.

Bundan başqa, Tramp fermerlərə yüksək yanacaq xərclərini kompensasiya etmək məqsədilə 8 milyard dollar həcmində birdəfəlik ödəniş vəd edib. O, tarif siyasətinin ABŞ iqtisadiyyatına böyük gəlirlər gətirdiyini və bu vəsaitlərin əhalinin rifahına yönəldilə biləcəyini bildirir.

Tramp seçkiqabağı çıxışlarında Demokratların Konqresdə üstünlük əldə etməsinin ABŞ iqtisadiyyatı və siyasi sistemi üçün ciddi nəticələr doğuracağını iddia edir.

O, müxtəlif mitinqlərdə Demokratların qələbəsi halında ABŞ-nin 1929-cu ildəki Böyük Depressiyaya bənzər iqtisadi böhranla üzləşəcəyini bildirib. Trampın sözlərinə görə, Respublikaçıların məğlubiyyəti ölkəni iqtisadi fəlakətə aparacaq.

Prezident Demokratların Konqresə nəzarəti ələ keçirəcəyi təqdirdə özünə qarşı impiçment təşəbbüslərinin də gündəmə gətiriləcəyini söyləyib. O, yanvar ayında Respublikaçı konqresmenlərə müraciətində partiyanın aralıq seçkilərdə qalib gəlməsinin vacibliyini vurğulayaraq, əks halda Demokratların onu impiçmentə cəlb etmək üçün səbəb axtaracağını bildirmişdi.

Tramp sentyabrda Fox News telekanalına müsahibəsində Demokratların Konqresdə çoxluq əldə etməsi ehtimalına münasibət bildirərkən özünün "bloklayıcı" rolunu oynayacağını deyib. Onun sözlərinə görə, Demokratların təşəbbüs göstərəcəyi qanun layihələrinin qarşısını almağa çalışacaq, eyni zamanda bəzi məsələlərdə razılaşmalar əldə etmək mümkün ola bilər.

Demokratların qələbəsi onlara Tramp administrasiyasının fəaliyyəti ilə bağlı Konqres araşdırmaları aparmaq, sənədlər və məlumatlar tələb etmək, dinləmələr keçirmək və prezidentin təyinatlarına mane olmaq üçün daha geniş siyasi imkanlar verə bilər. Associated Press-in məlumatına görə, Demokratlar Nümayəndələr Palatasında çoxluq əldə edəcəkləri halda administrasiyanın miqrasiya siyasəti, Epşteyn işi ilə bağlı araşdırmanın aparılması və Tramp ailəsinin biznes fəaliyyəti kimi məsələləri gündəmə gətirməyi planlaşdırırlar. İmpiçment ehtimalı da müzakirə olunan variantlardandır.

Aralıq seçkiləri ərəfəsində ABŞ-də əsas müzakirə mövzularından biri yaşayış xərcləridir. Ərzaq, yanacaq, mənzil və səhiyyə xidmətlərinin qiymətləri seçicilərin diqqət mərkəzindədir.

Reuters-in oktyabrın 20-də dərc etdiyi təhlilə görə, Trampın reytinqinin aşağı düşməsi, yaşayış xərcləri ilə bağlı narazılıqlar və miqrasiya siyasəti seçki kampaniyasının əsas istiqamətlərini müəyyənləşdirir. Respublikaçılar Tramp administrasiyasının vergi və sərhəd siyasətini müdafiə edir, Demokratlar isə qiymət artımlarına qarşı tədbirləri və administrasiyanın fəaliyyətinin araşdırılmasını ön plana çəkirlər.

Miqrasiya məsələsi də partiyalar arasında ciddi fikir ayrılığı yaradan mövzulardandır. Respublikaçılar sərhəd nəzarətinin gücləndirilməsini və qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirləri müdafiə edirlər. Demokratlar isə administrasiyanın miqrasiya siyasətinin həyata keçirilmə üsullarını tənqid edirlər.

İranla müharibə də seçki kampaniyasına təsir göstərən mövzulardan biridir. Yanacaq qiymətlərinin artması və müharibənin iqtisadi nəticələri seçicilərin narazılığını artıran amillər sırasındadır.

Seçkilərin nəticələri Trampın prezidentlik müddətinin qalan hissəsində siyasi imkanlarını müəyyənləşdirəcək.

Respublikaçılar Konqresdə çoxluğu qoruyarsa, Ağ Ev qanunvericilik təşəbbüslərini irəli sürmək və administrasiyanın prioritetlərini həyata keçirmək baxımından daha əlverişli mövqedə olacaq.

Demokratlar palatalardan birində və ya hər ikisində üstünlük əldə edərsə, ABŞ-də hakimiyyət qolları arasında siyasi qarşıdurmanın güclənməsi ehtimalı artacaq. Bu halda büdcə, miqrasiya, vergi, xarici siyasət və prezidentin təyinatları ilə bağlı məsələlərdə daha ciddi mübahisələr yarana bilər.

Beləliklə, 3 noyabr seçkiləri təkcə Konqresdəki mandatların bölüşdürülməsi deyil, həm də Tramp administrasiyasının siyasətinə seçicilərin münasibətinin göstəricisi olacaq. Nəticələr ABŞ-nin daxili siyasi gündəliyi ilə yanaşı, Vaşinqtonun beynəlxalq siyasətində də müəyyən təsirə malik ola bilər.

Qeyd edək ki, səsvermənin nəticələrinin hesablanması bəzi ştatlarda poçt vasitəsilə verilən səslərin çoxluğu səbəbindən bir neçə gün çəkə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 404   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

8 noyabr
.

İflic xəstələrinin yenidən yeriməsinə kömək edəcək çiplər hazırlanır

"SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, rəhbərlik etdiyi "Neuralink" şirkətinin texnologiyaları yaxın illərdə iflic xəstələrinə yenidən yerimək və qollarından istifadə etmək imkanı verəcək. xəbər verir ki, iş adamı bu barədə "X" sosial şəbəkəsindəki hesabınd

8 noyabr
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

8 noyabr
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

8 noyabr
.

Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi

8 noyabr
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

8 noyabr
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

8 noyabr
.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

8 noyabr
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

7 noyabr