Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayırSabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.

BAKU.WS bu barədə "Azəristiliktəchizat" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1 131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5 282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib.

Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. Mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir.

Qurumun 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır. Əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də "Azəristiliktəchizat"ın xidmət sahələri fəaliyyət göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 122   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi - Video

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub. "Qafqazinfo" xəbər verir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "QAZ 3110" markalı, 99-NE-29

13 noyabr
.

Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindək

13 noyabr
.

Rusiyada faciəli şəkildə ölən azərbaycanlının FOTOSU

Rusiyada, Elista ilə Volqoqrad şəhərləri arasındakı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsiazərbaycanlının ölümü ilə nəticələnib. xəbər verir ki, hadisə zamanı həlak olan Vüqar adlı həmyerlimizin fotosunu əldə edib. Onun Salyan rayonundan olduğu bildirilib. Yayılan məlumatlar arasında o da qey

14 noyabr
.

ŞAD XƏBƏR - Hər heyvana görə 1000 manat verilməsi təklif edilir

"İribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbinin ləğvi təklif olunur". -a istinadən xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasınd

13 noyabr
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14 noyabr
.

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzr

13 noyabr
.

Ev sahibi vəfat edib, ev kimə məxsus olacaq? - Hüquqi prosedurlar necə aparılır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Ev sahibinin vəfat etməsi ailə üzvləri və yaxınları üçün yalnız mənəvi itki deyil, həm də əmlakın gələcək taleyi ilə bağlı hüquqi məsələlər yaradır. Belə hallarda evin kimə məxsus olacağı, vərəsələr arasında necə bölüşdürüləcəyi və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məsələləri gündəmə gəlir. Bəzə

13 noyabr
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14 noyabr
.

Son xəbərlər
. Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ. Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi. "Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar. Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto. Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib. MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA. Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi. Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər. Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?. Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA. Binaların idarə edilməsində ciddi problemlər: Sakinlərin ödədiyi vəsaitlərə kim nəzarət edir?. Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti. Ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?. Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi. Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar

vipemlak.az