Sintetik balıq torları dəniz canlılarını məhv edir - EKOLOQDAN XƏBƏRDARLIQ

Sintetik balıq torları dəniz canlılarını məhv edir - EKOLOQDAN XƏBƏRDARLIQSu hövzələrində istifadə olunan sintetik balıq torları, xüsusilə itirildikdə və ya uzun müddət suda saxlanıldıqda, balıqlar və digər su canlıları üçün ciddi təhlükə yarada bilər. Bu torlar suda parçalanmadan uzun müddət qalaraq balıqları və xərçəngkimiləri tutmağa davam edir. Ekologiyada bu hal "xəyali ovçuluq" adlandırılır. Nəticədə su hövzələrinin ekosisteminə zərər dəyir, plastik tullantıların və mikroplastiklərin yayılması sürətlənir.

Bəs, sintetik balıq torlarının su hövzələrində uzun müddət qalması balıq ehtiyatlarına və digər canlılara hansı zərərləri vurur? Bu torlardan istifadəyə nəzarət necə gücləndirilməli, itirilmiş və istifadədən çıxarılmış torların toplanması və utilizasiyası üçün hansı tədbirlər görülməlidir?
Sintetik balıq torları dəniz canlılarını məhv edir - EKOLOQDAN XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, sintetik torların ətraf mühitə və dəniz ekosisteminə çox ciddi təsirləri var.

"Bu torlar plastik materiallardan, neylon və sintetik liflərdən, o cümlədən polipropilendən hazırlandığı üçün təbii şəraitdə asanlıqla parçalanmır. Onların kimyəvi tərkibi uzun illər sabit qalır. Külək və ya hər hansı qəza nəticəsində dənizdə bir yerə toplanan belə torlar uzun müddət su hövzələrində qalaraq balıqların və digər canlıların məhvinə səbəb ola bilər.

Bu torlardan uzun müddət istifadə edilməsi dəniz canlıları üçün ciddi təhlükə yaradır. Balıqlar torlara ilişərək hərəkət edə bilmir, sudan çıxa bilmədikləri üçün tələf olurlar. Bundan başqa, balıqlar həmin torlardan qopan kiçik sintetik lifləri udduqda da zərər görə bilərlər. Xüsusilə balıqların miqrasiya etdiyi və kütləvi hərəkət etdiyi dövrlərdə dar torlara ilişmələri onların kütləvi şəkildə tələf olması ilə nəticələnə bilər.

Düşünürəm ki, bu cür torların istifadəsi qadağan olunmalı, onların əvəzinə təbii materiallardan, məsələn, pambıq liflərindən hazırlanmış torlara üstünlük verilməlidir.

Bu istiqamətdə əsas tədbirlərdən biri inzibati cəzaların və cərimələrin tətbiq olunmasıdır. İnsanlar sintetik torların istifadəsinin ekosistemə, xüsusilə də dəniz canlılarına vurduğu zərəri nəzərə almalıdırlar. Bu torlar balıqların kürüvermə dövründə, miqrasiya zamanı və ya uzun müddət torlara ilişib qaldıqları hallarda daha ciddi fəsadlara səbəb ola bilər. Buna görə də onların istifadəsinə nəzarət gücləndirilməli və zərərli təsirlərin qarşısı alınmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 199   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama

"Bu gün bəzi media orqanlarında Hacıqabul rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı yayılan məlumatda vətəndaş Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi iddia olunub"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat v

24 noyabr
.

Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağı xahi

23 noyabr
.

Sintetik balıq torları dəniz canlılarını məhv edir - EKOLOQDAN XƏBƏRDARLIQ

Su hövzələrində istifadə olunan sintetik balıq torları, xüsusilə itirildikdə və ya uzun müddət suda saxlanıldıqda, balıqlar və digər su canlıları üçün ciddi təhlükə yarada bilər. Bu torlar suda parçalanmadan uzun müddət qalaraq balıqları və xərçəngkimiləri tutmağa davam edir. Ekologiyada bu hal "xəyal

24 noyabr
.

Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT

4 dekabr 2026-cı il tarixində keçiriləcək BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edəcək şəxslə

23 noyabr
.

Dəniz nəqliyyatı Bakıda tıxac problemini həll edə bilər? - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığı gündəlik həyatın ən ciddi problemlərindən biri olaraq qalır. Xüsusilə səhər və axşam saatlarında avtomobil yollarında yaranan tıxaclar insanların mənzil başına çatmaq üçün daha çox vaxt itirməsinə səbəb olur. Alternativ nəqliyyat vasitələrinin inkişafı bu problemin həlli istiqamətind

23 noyabr
.

Sabah Bakıya yağış yağacaq

Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

24 noyabr
.

Erməni əsirliyindən qaçan qazi vəfat etdi

Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazı Faiq Şikar oğlu Məmmədov vəfat edib. -ın məlumatına görə, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq. Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra orada

23 noyabr
.

Toyuq əti qaynadılarkən qaralır, evə üfunət iyi yayılır - Səbəb nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son vaxtlar istehlakçılar arasında toyuq ətinin bişirilməsi zamanı rənginin dəyişərək qaraya çalması və kəskin, xoşagəlməz qoxunun yayılması ilə bağlı narazılıqlar səsləndirilir. Bəzi hallarda toyuq əti qaynadılarkən evə yayılan üfunət qoxusu səbəbindən istehlakçılar aldıqları məhsulu istifadə etməkdə

24 noyabr
.

Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı

Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun içərisində olduqları "Voyah" markalı avtomobilin son görüntüləri yayımlanıb. "Xəzər TV"ə istinadən xəbər verir ki, görüntülərdə qəza nəticəsində avtomobilin vəziyyəti əks olunub

24 noyabr