Fon der Lyayen: Aİ Ukrayna üzrə danışıqların növbəti raunduna güclü heyət göndərməyi planlaşdırır

Fon der Lyayen: Aİ Ukrayna üzrə danışıqların növbəti raunduna güclü heyət göndərməyi planlaşdırırAvropa İttifaqı (Aİ) Ukraynada müharibənin dayandırılması üzrə danışıqların növbəti raunduna güclü Avropa komandası göndərmək niyyətindədir və Rusiyanı qış atəşkəsinə razılaşmağa çağırır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar sessiyasında bildirib.

"Son həftələrdə biz müharibənin dayandırılması səylərində yeni dinamika müşahidə edirik. Danışıqların növbəti raundunda güclü Avropa komandası iştirak edəcək. Bu vacibdir, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir edir", - o deyib.

Fon der Lyayenin sözlərinə görə, Aİ danışıqların gedişatını təkcə Rusiyanın bəyanatlarına deyil, həm də atdığı addımlarına əsaslanaraq qiymətləndirəcək.

"Rusiya enerji infrastrukturuna qarşı qış atəşkəsinə, həmçinin Qara dəniz vasitəsilə ərzaq ixracının təhlükəsiz keçidini təmin etmək üçün atəşin dayandırılmasına razılaşmalıdır. Bunlar mühüm addımlar olardı, çünki Rusiyanın danışıqlara ciddi yanaşdığını göstərərdi", - Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O qeyd edib ki, Aİ-nin strategiyası Ukraynaya maksimum dəstəyi, Rusiyaya təzyiqin gücləndirilməsini və Avropanın uzunmüddətli sülh üzrə danışıqlarda tamhüquqlu iştirakını nəzərdə tutur.

Fon der Lyayen xatırladıb ki, bazar ertəsi Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketi təqdim edilib.

Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Aİ Ukraynaya 235 milyard avrodan çox yardım göstərib.

O həmçinin bildirib ki, Avropa Komissiyasının təklif etdiyi maliyyə dəstəyi mexanizmi 2027-ci ildə Ukraynaya 45 milyard avronun ayrılmasını nəzərdə tutur: büdcə ehtiyacları üçün 20 milyard avro və hərbi dəstək üçün 25 milyard avro.

Fon der Lyayen vurğulayıb ki, Ukrayna bu vəsaiti yalnız Rusiya müharibənin vurduğu ziyanı ödədikdən sonra geri qaytarmalı olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 98   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır

Yer kürəsinin sahil xətləri minilliklər ərzində ciddi şəkildə dəyişib. Buz dövrlərində dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxan, sonradan isə sular altında qalan geniş ərazilərdə qədim insanların yaşayış məskənləri, düşərgələri və müxtəlif tikililəri olub. Arxeoloqlar hazırda həmin torpaqları

23 noyabr
.

Süni Ay torpağında yeməli kartof yetişdirildi

NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind

24 noyabr
.

Marin Le Pen III dünya müharibəsi ilə bağlı xəbərdar edib

Rusiya-Ukrayna münaqişəsinin tərəfləri onun nəticələrini dərk etməsələr, bu Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Bunu Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada vəziyyətin yalnı

23 noyabr
.

Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul

23 noyabr
.

Aİ texnologiyaların maliyyələşdirilməsi üçün 50 milyard avroluq fond yaradır

Avropa Komissiyası (AK) 50 milyard avroyadək məbləğdə texnologiyaların maliyyələşdirilməsi üzrə suveren fondun (Sovereign Tech Equity Fund, STEF) yaradılmasını təklif edir. Bu barədə "Report" AK-yə istinadən xəbər verir. AK Avropanın kvant tədqiqatlarını məhsul və xidmətlərə çevirməyə, təchiza

25 noyabr
.

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozmas

24 noyabr
.

Cənubi Koreyada sakinlərə sığınacaqlara getmək göstərişi verildi - Rusiya təyyarələri yaxınlaşdı

Cənubi Koreyada Rusiya hərbi təyyarələrinin ölkənin şərq sahillərinə yaxınlaşmasından sonra ada sakinlərinə təcili sığınacaqlara getmək barədə xəbərdarlıq edilib. Hadisə nəticəsində Ulleung adasında həyəcan siqnalları səsləndirilib, sakinlərə yeraltı sığınacaqlara və ya təhlükəsiz binalara keçmək tapşırılıb

24 noyabr
.

İsveçrə Özbəkistana sabiq prezidentin qızının 252,5 milyon dollarlıq qanunsuz aktivlərini qaytaracaq

İsveçrə və Özbəkistan sabiq prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın ölkədə qanunsuz yolla əldə edilmiş aktivlərinin növbəti partiyasının qaytarılması haqqında sazişi təsdiqləyib. xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatında bildirilib. Saziş

25 noyabr
.

Melaniya Tramp fotolarını satışa çıxardı

ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"

24 noyabr