Tramp NATO rəhbəri ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Ukraynada münaqişənin mümkün qədər tez nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyini bəyan ediblər.
Bu barədə TASS məlumat yayıb.
Tərəflər Ukrayna ilə yanaşı İran münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb. Sənəddə qeyd olunur ki, "görüş çox məhsuldar olub, əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə olub".
"Biz həmçinin Rusiyanın müharibənin qəsdən və ya bilmədən genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməsinin, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmanın təmin edilməsinin vacibliyini müzakirə etdik", - deyə Ağ Evin Floridada yerləşən Mar-a-Laqo iqamətgahında noyabrın 25-də keçirilən görüşün yekunlarına dair Tramp və Ruttenin birgə bəyanatında bildirilib.
ABŞ Prezidenti və NATO-nun baş katibi görüşü "əla" qiymətləndiriblər.
"Bundan əlavə, müdafiə xərclərinin və ABŞ-də, eləcə də NATO-ya üzv bütün ölkələrdə sənaye bazamıza kapital qoyuluşlarının daha da artırılmasının vacibliyini müzakirə etdik", - deyə onlar bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 92 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-da 4,5 ton zəhərli maddə partladılıb
ABŞ hərbçiləri Ayova ştatındakı müdafiə müəssisələrindən birində 4,5 ton qurğuşun azidini nəzarətli şəkildə partladıblar. xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, partlayış noyabrın 25-də Middltaun şəhərindəki müəssisənin ərazisində həyata keçirilib
26 noyabrSerbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib. Bizim.Media Serbiyanın "Tanjug" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Parlamentin yeni seçilmiş sədri Aleksandar Kupiç məlumat verib. O, seçkilərin tarixini müəyyən edən sənədi imzaladıqdan sonra ölkə vətəndaşların
26 noyabrTramp sabah NATO-nun Baş katibi ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan prezidentin iş qrafikində bildirilib. "Reuters"in məlumatına görə, görüş Floridanın Palm-Biç şəhərində keçiriləcək. Görü
24 noyabrMacarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb
Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur. xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb. Sikkələr 2023-2025-c
25 noyabr