Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMAAzərbaycanda dərslərin sentyabrın 15-i başlayacağı nəzərdə tutulub. Almaniyada dərslər yalnız ibtidai siniflər üçün açılması nəzərdə tutulur. Yuxarı siniflər isə dərslərini distant formada davam etdirəcək. Azərbaycanda da bu təcrübə istifadə edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hər gün açıqlanan rəqəmlərdə görünür ki, sentyabrda da ciddi eniş olmayacaq:

"Biz sentyabrda ikinci dalğanın olacağını gözləyirik. Düzdür, bir neçə günlə müqayisədə yoluxmalarla bərabər sağalanlar da çoxalıb, müsbət dinamika var. Qeyd edim ki, fevral ayında yoluxma 28 olanda tədris dayandırılmışdı. Yoluxma sayı 300-400 arası olan bir vaxtda məktəblərin açılma ehtimalı çox aşağıdır. Bir neçə dünya təcrübəsindndən də istifadə edilə bilər. Belə ki, Almaniyada dərslər yalnız ibtidai siniflər üçün açılacaqdır. Digər siniflər üçün isə onlayn qaydada dərslər həyata keçiriləcək.

İlk növbədə distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir. Bundan sonra hər kəs üçün distant - onlayn təhsilin əlçatanlılığının təmin edilməsi üçün resurslarını təmin etməlidirlər. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant - məsafədən təhsil çox zəruridir. Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq.

Koronovirus pandemiyasından sonra da online təhsilin davam edəcəyini düşünürəm. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil təhsil xərclərini də azaldacq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməyə imkan verəcək".
Kamran Əsədov qeyd edib ki, real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir:

"Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür. Bundan başqa 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant - onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi iyunun 3-dən etibarən hər dəfə azı 20 min şəxsin iştiak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur. Dediyim formada sentyabrda dərslərin başlanması mümkündür".

Deputat Ceyhun Məmmədov vurğulayıb ki, hazırda dünyada təhsillə bağlı aparılan müzakirələrdən biri də qarşıdan gələn tədris ilində təhsilin hansı formada aparılmasıdır:

"Bəzi ölkələr məktəblərin tam açılması fikrindədirlər. Bəziləri ancaq ibtidai sinif şagirdlərinin məktəbə getməsi, yuxarı sinif şagirdlərinin isə onlayn dərslərə davam etməsinin tərəfdarıdırlar. Məlum məsələdir ki, onlayn şəkildə dərslərin keçirilməsi xüsusilə aşağı sinifdə təhsil alan şagirdlərə ciddi təsir edir. Belə bir qərarın qəbul edilməsi səbəblərindən biri də budur. Eyni zamanda bir sıra ölkələr dərslərə daha erkən başlamaq barədə müəyyən qərarlar qəbul ediblər. Bir sözlə bu məsələ hazırda bir çox dünya ölkələrini ciddi düşündürməkdə və narahat etməkdədir. Hamı uyğun variant və çıxış yolu barədə düşünür. Xəstəliyin yayılma tempi bir sıra ölkələrdə azlasa da bəzi ölkələrdə artım müşahidə olunur.

Artım tempinin qarşısı tam alına bilinmir. Növbəti dalğalar barədə müzakirələr aparılır.Gördüyünüz kimi, yanaşmalar fərqlidir. Ancaq indidən qəti nə isə söyləmək çətindir. Vəziyyət xəstəliyin azalma tempindən asılı olacaq.Əgər ciddi azalmalar müşahidə olunsa birmənalı olaraq dərslər ənənəvi qaydada keçiriləcək. Ancaq bu baş verməsə bir müddət yenə dərslərin onlayn qaydada keçirilməsi məsələsi nəzərdən keçirilə bilər. Aidiyyəti qurumlar müəyyən müzakirə və məsləhətləşmələrdən sonra bu barədə müvafiq zəruri qərarlar qəbul edəcəklər".

Deputat söyləyib ki, onlayn tədrisin, bağçaların bağlı olmasının həm şagirdlər, həm də valideynlər üçün müəyyən çətinliklər yaratdığı hər birimizə aydındır:

"Bütün hallarda səbrli olmalıyıq. Əsas odur xəstəlik bəlası üzərimizdən tezliklə getsin. Neçə gündür ölkəmizdə xəstəliyin yayılma tempində ciddi azalma müşahidə olunurdu. Ancaq dünən yenidən virusa yoluxanların sayı yenə 400-ü keçdi. Sanki insanlarda müəyyən arxayınlşma yaranıb. Bu yol verilməzdir. Hər birimiz qaydalara tam əməl etməliyik. Əgər sərt karantin rejiminin tezliklə bitməsini, həyatımızın yenidən əvvəlki vəziyyətə qayıtmasını istəyiriksə daha diqqətli olmalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11863   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr