Azərbaycan rus turistlərin Yeni il tətili üçün səfər etdikləri ölkələr arasında ilk üçlükdədir
Azərbaycan rus turistlərin Yeni il tətili üçün səfər etdikləri ölkələr arasında ilk üçlükdədir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Ozon Travel" səyahət planlaşdırma xidməti məlumat yayıb.
Qeyd edilir ki, son bir ildə xidmətin müştəriləri arasında ən populyar xarici istiqamətlər Türkiyə - İstanbula, Antalyaya və BƏƏ - Dubay, habelə MDB ölkələri olub. Bu, 2022-ci ildə Yeni il tətilləri üçün tendensiyaya da aiddir. Belə ki, xarici səyahət istiqamətlərinin əksəriyyəti Türkiyə, Ermənistan və Azərbaycana yönəlib.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq turizm agentlikləri seqmentində tələbin ümumi azalmasına baxmayaraq, səyahətçilər tədricən pandemiyadan əvvəlki tempə qayıdırlar. "Ozon Travel" əlavə edib ki, Rusiya daxilində səyahətə olan tələbat artıq 2019-cu ilin göstəricilərinə yaxınlaşıb və 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çox rusiyalı cari tətil üçün xaricə uçub.
Rusiyanın səyahət turu operatorlarının araşdırmasına görə, 2022-ci ilin yeni il tətilində rusiyalı turistlərin bəziləri ölkə daxilində səyahətə üstünlük veriblər. Məsələn, Moskva və Sankt-Peterburq yanvar ayında ən populyar istiqamətlər kateqoriyasında lider olub. Xarici marşrutlar arasında ən çox MDB ölkələri maraq doğurub.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 4301 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelƏraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək
ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə
1 mart