Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir

Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilirGürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb.

Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədən taksi fəaliyyətində, eləcə də turizm bələdçisi xidmətləri sahəsində işləməsinə icazə verilməyəcək. Qadağa yalnız muzdlu əmək fəaliyyətinə deyil, həm də bu sahələrdə sahibkarlıq fəaliyyətinə şamil olunur.

Bununla yanaşı, 2026-cı ildə bələdçi, o cümlədən xizək bələdçisi kimi fəaliyyət göstərə biləcək xarici vətəndaşların sayı 200 nəfərlə məhdudlaşdırılacaq.

Əcnəbilərin digər sahələrdə işə cəlb edilməsi üçün işəgötürənlər müraciət etməzdən ən azı 10 iş günü əvvəl vakant iş yeri barədə məlumat yerləşdirməlidirlər. Bu tələb əmək miqrasiyası ilə bağlı prosedurun bir hissəsi olacaq.

Bundan əlavə, martın 1-dən etibarən Gürcüstanda işləmək istəyən bütün xarici vətəndaşlardan xüsusi iş icazəsi tələb olunacaq. Həmin icazə iş məqsədli yaşayış icazəsinin verilməsi üçün əsas sayılacaq.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 517   Tarix: 22 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vizasız rejim GENİŞLƏNDİRİLİR: Xaricə səyahət ASANLAŞIR?

Azərbaycanlıların vizasız səfər edə bildiyi ölkələrin sayının artması xaricə səyahət imkanlarının genişlənməsinə və vətəndaşların fərqli istiqamətlərə marağının artmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı

25 sentyabr
.

Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək. xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb. Xəbər

12 iyul 2025
.

Bölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs

28 avqust
.

Türkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı

18 aprel
.

Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Rusiyanın Federal Gömrük Xidmətinin əməkdaşları Moskvanın Domodedovo hava limanında 476 baş nadir Orta Asiya tısbağasının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, dəyəri ü

4 iyul
.

İraqın sabiq nazirinin ABŞ vizası ləğv edildi: Terrora dəstəkdə şübhəli bilinir

ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əş-Şakərçinin vizasını ləğv edib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətl

29 avqust
.

Uiteker: ABŞ-nin Avropaya göndərdiyi F-35-lərinin sayı tezliklə 600-ə çatacaq

ABŞ-nin Avropa müttəfiqlərinə tədarük etdiyi F-35 qırıcılarının ümumi sayı tezliklə 600-ə çatacaq. "Report"un məlumatına görə, bunu ABŞ-nun NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Münhen Təhlükəsizlik Konfransında bildirib. "Düşünürəm ki, yaxın gələcəkdə Avropada müttəfiqlərimizə məxsu

15 fevral
.

Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə

12 sentyabr
.

ABŞ-də parkda silahlı qarşıdurma: Ölən və yaralananlar var

ABŞ-nin Nyu-Meksiko ştatının Las-Kruses şəhərində, parkda baş verən silahlı atışma nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "CBS4 Local" telekanalı məlumat verib. Hadisə zamanı yaralananların dəqiq sayının hələlik məlum olmadığı bildirilir. Məlumatda qeyd olunur ki, hazırda hadis

22 mart 2025