Ukraynadakı hadisələrdə ölən və yaralananlar arasında azərbaycanlılar var? - UAR baş katibindən AÇIQLAMA
"Səhər saatlarından etibarən Ukraynada 10-15 şəhər və şəhərətrafı bir sıra strateji obyektlərə raket zərbələri endirilib. Partlayış səsləri qadınların, uşaqların ciddi narahatlığına səbəb olub. Yaralıların olduğu deyilir".
Bu barədə Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, səhər saatlarında Kiyevdə də səhər saatlarından əhali arasında təlaş var:
"Əhali arasında çaşqınlıq var. İnsanlar Kiyevdən qərbə tərəf getməyə çalışır. Bu da avtomobil yollarında güclü tıxacların yaranmasına səbəb olub. Hazırda strateji obyektlərdən başqa heç bir yer işləmir. Ölkə ərazisində internetlə bağlı hələ ki bir maneə yoxdur. Düşünürəm ki, hazırda məqsəd camaatı qorxutmaqdır".
O bildirib ki, Ukrayna mətbuatının yaydığı məlumata görə, Ukrayna Rusiyaya məxsus beş təyyarəni vurub:
"Bəzi hərbi ekspertlər düşünür ki, hücumun ilk günü genişmiqyaslı əməliyyatlara başlanmalı və uğur əldə edilməlidir. Bu saata qədər Rusiya ordusu tərəfindən açıq görünən işğal faktı yoxdur. Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna səmasına tam nəzarət edir. Kiyevin yaxınlığında yerləşən kiçik hava limanına raket düşüb. Xarkov, Dnepr Hava Limanlarını isə Ukrayna tərəfi özü bağlayıb ki, uçuşlar olmasın, Rusiya Hava Qüvvələri həmin hava limanlarına enə bilməsinlər".
"Hazırda yayılan bir çox informasiyalar həqiqəti əks etdirmir. Azərbaycanlılar arasında tələfat yoxdur. Biz Xarkovda, Odessa, Hersonda yaşayan soydaşlarımızla danışırıq.
Hazırda məqsəd raket atışları ilə Ukrayna əhalisi arasında xaos yaratmaq və Ukraynanın hava hücumundan müdafiə qurğularını sıradan çıxartmaqdır. Amma buna da hələ nail olunmayıb. Feyk məlumatlar yayılır", - deyə C.Məmmədov qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1807 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib
İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO
SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord
14 aprel 2024Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində ola
19 fevral 2025Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprel 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024