Müdafiə Nazirliyini talayan mafiya - Onların hamısı ifşa olunacaqmı?...

Müdafiə Nazirliyini talayan mafiya - Onların hamısı ifşa olunacaqmı?...Çingiz Qənizadə: "Maliyyə və Büdcə İdarəsinin rəisi 80 milyonluq mənimsəmədə ittiham edilirsə, nazirliyinin daha yüksəkdə dayanan şəxsləri məlumatlı və ya bu işin iştirakçısı olublar"

Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkəsinin olduğu ortaya çıxıb. Son həftələrdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov daxil, xeyli sayda yüksək vəzifəli və yüksək rütbəli zabitlər həbs olunub. İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri bildirilir. Ekspertlər hesab edir ki, həbslər daha yuxarılara doğru davam etməlidir və edəcək. Bəs Müdafiə Nazirliyinə, orduya büdcədən ayrılan vəsaitləri talayan mafiyanın tamamilə axırına çıxmaq mümkün olacaqmı? Bu həbslər nə ilə nəticələnəcək? Yoxsa keçmiş MTN-də, XİN-də, Mədəniyyət Nazirliyindəkilərin eynisi olacaq?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Yeni Müsavat"a bildirib ki, Müdafiə Nazirliyində milyonlarla büdcə vəsaitinin talanması hər bir Azərbaycan vətəndaşında hiddət doğurur. Ordumuzun qüdrətinin artırılmasına, əsgərlərimizin şəraitinin yaxşılaşdırılmasına ayrılmış dövlət vəsaitlər ayrı-ayrı vəzifəli şəxslərin korrupsiya əməlləri nəticəsində talan edilib. Bu, son dərəcə ağır cinayətdir: "Bu, təkcə maliyyə cinayəti deyil, bu, xalqa, dövlətə, Ali Baş Komandana, əsgərlərimizə qarşı ağır cinayətdir. Bu cinayəti mütəşəkkil şəbəkə həyata keçirib. Həmin şəbəkənin başında dayananlar həbs olunmalıdır, həmin şəbəkəyə daxil olan bütün şəxslər kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Belə olmayacaqsa, gələcəkdə də Müdafiə Nazirliyi sistemində o cür qanunsuzluqlar, talanlar baş verə bilər. Keçmiş MTN-də, Mədəniyyət Nazirliyində və Xarici İşlər Nazirliyində də qanunsuzluqlar, cinayətlərin baş alıb getdiyi ortaya çıxdı və həbslər oldu. Ancaq həbslərin birinci şəxsləri və digər yüksək vəzifə sahiblərini əhatə etməməsi məlumdur.

Bu isə cəmiyyətdə, vətəndaşlarda haqlı suallar yaratdı. Necə ola bilər ki, bir nazirliyin strukturlarında dəhşətli korrupsiya halları, başqa qanunsuzluqlar həyata keçirilsin, lakin həmin qurumların rəhbərləri olan şəxslər məsuliyyətə cəlb edilməsin? Bu, istintaqın obyektiv aparılmasını bir az şübhə altına qoyan amillərdəndir. Hesab edirəm ki, Müdafiə Nazirliyi ilə bağlı gedən prosesdə o cür hallara yol verilməməlidir. Martın 4-də Milli Məclisin iclasında deputatların bəzilərinin də bu məsələ barədə konkret açıqlamalarla çıxış etmələri məlumdur. Həmin deputatlarla həmfikirəm. Müdafiə Nazirliyindəki bütün göstəbəklər üzə çıxarılmalıdır, divlərin buynuzu qırılmalıdır".

Ç.Qənizadə hesab edir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi 80 milyon manatın mənimsənilməsi ilə ittiham edilirsə, burada heç bir şübhə olmadan demək olar ki, Müdafiə Nazirliyinin daha yüksəkdə dayanan şəxsləri, başda müdafiə naziri olmaqla, hamısı bu dəhşətli korrupsiyadan məlumatlı olublar və ya bu işin iştirakçısı olublar: "Ona görə də həmin şəxslər də bu və ya digər formada məsuliyyət daşıyırlar. Bu baxımdan da hesab edirəm ki, istintaq tam obyektiv aparılmalı, heç kimə güzəşt edilməməlidir. Adını çəkdiyimiz digər nazirliklərdə buraxılmış səhvlər Müdafiə Nazirliyi məsələsində istintaq zamanı buraxılmamalıdır. Kimlərəsə güzəşt edilməsi cəmiyyətdə, ordumuzda narahatlıqlar doğurur".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1823   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021