"Düşmənin iri kolonlarla şəhərə daxil olmaq cəhdlərinin heç biri baş tutmur..." XARKOVDA VƏ LUQANSKDA VƏZİYYƏT
Ukraynanın Xarkov şəhəri artıq 10 gündən artıqdır Rusiya ordusunun qurudan və havadan endirdiyi şiddətli zərbələrin hədəfidir. Hər gün şəhərdəki yaşayış binalarına və digər mülki obyektlərə güclü zərbələr endirir, dinc əhali arasında ölən və yaralananların sayı hər gün artır. O cümlədən şəhərə bir neçə hücum cəhdi edilsə də baş tutmayıb.
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirir ki, hazırda şəhərin müdafiəsi çox güclüdür, amma vilayətin İzyum şəhəri kritik nöqtə hesab edilir. Sinequbov Ukrayna televiziyalarında təşkil edilən gündəlik informasiya marafonunda bildirib ki, ötən gün Xarkovda təyyarələrdən və vertolyotlardan bir neçə rayon atəşə tutulub. Habelə ötən gecə şəhərə güclü aviazərbələr endirilib. Şəhərə aparan yollar isə düşmənin vurulmuş hərbi texnikası ilə doludur.
"İzyum Xarkov vilayətinin ən kritik nöqtəsidir. Biz "yaşıl dəhliz" açılmasını gözləyirik ki, oradan adamları çıxaraq və humanitar yardım çatdıraq",-Sinequbov bildirib.
Onun sözlərinə görə, Xarkov vağzalından hər gün orta hesabla 30 minə yaxın adam şəhəri tərk edir. "Düşmənin hərəkəti təəcüb yaradır, çünki o faktiki olaraq yerüstü mübarizəni uduzub. Onun həmlə qoşunları qalmayıb ki, Ukrayna hərbçilərinə müqavimət göstərə bilsinlər. Düşmənin iri və ya orta ölçülü kolonlarla şəhərə daxil olmaq, yaxud şəhərdən keçid getmək cəhdləri bununla nəticələnir ki, onları tam məhv edirlər. Lakin buna baxmayaraq ötən gecə də bir neçə belə cəhd olub və onların hamısı məhv edilib",-vilayət rəhbəri deyib.
Luqansk vilayətinin rəhbəri Sergey Qayday isə bildirib ki, hazırda Lisiçansk, Severodvinsk və Rubejnı qəsəbələri ətrafında döyüşlər gedir. "Ukrayna hərbçiləri cəbhə xəttini düzləşdiriblər ki, düşmən yarıb arxaya keçə, onları mühasirəyə ala bilməsin. Svatovo, Starobelsk və Novopskov bizim nəzarətimizdə deyil, orada düşmənin böyük qüvvələri cəmləşib. Sakinlər işğala qarşı dinc aksiyalar keçirirlər",-vilayət rəhbəri deyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi