"Rusiya hərbçilərinin görünməmiş sayda meyitləri Belarusa daşınır: sakinlər şokda!.."

"Rusiya hərbçilərinin görünməmiş sayda meyitləri Belarusa daşınır: sakinlər şokda!..""Onların cəsədlərini "Ural" maşınlarla hava limanına, oradan isə Rusiyaya aparırlar..."

Ukraynada müharibə başlayandan Belarusun Qomel, Mozır və Narovlya şəhərlərindəki xəstəxanalar yaralı rusları, meyitxanalar isə ölüləri qəbul etməyə başlayıb.

Bu haqda ABŞ-ın "Azadlıq" radiosunun Belarus redaksiyası özəl mənbələrinə istinadla məlumat yayıb.

Təfərrüatlar:

Nəşrin məlumatına görə, Belarus həkimləri belə informasiyaları açıqlamamaq barədə müqavilə imzalayıblar. Bəzi həkimləri işdən çıxarmaqla hədələyiblər.

Mənbələr Mozır və Qomeldəki morqların rusların cəsədləri ilə dolu olduğunu təsdiqləyir. Keçən həftə Mozırda onları dərhal Rusiya Dəmir Yollarının qatarlarına yükləyiblər.

"Qeyri-real dərəcədə çox cəsəd var idi! Mozır stansiyasındakı insanlar qatara yüklənmiş cəsədlərin sayından, sadəcə, şoka düşdülər. İnsanlar video çəkməyə başladılar, lakin hərbçilər onları yaxaladılar və çəkilişlərin silinməsini əmr etdilər.

Mozır yaxınlığındakı Kamenka kəndində qəbiristanlığın qarşısı kəsilib, ora heç kəs buraxılmayıb, mühafizəçilər qoyulub. Yəqin orda rusları basdırmağa başlayıblar. Xüsusilə nəzərə alsaq ki, Kamenka yaxınlığında aerodrom və rusların böyük düşərgəsi var", - Mozır sakini belə deyib.

Başqa bir mənbə bildirib ki, Mozırdakı xəstəxana hələ də bütün həkimlər, hətta aşağı səviyyəli mütəxəssislər tərəfindən baxılan yaralı ruslarla doludur.

Eyni zamanda, buradakı yerli sakinlər rentgen etdirə bilmir - onları uşaq xəstəxanasına göndərirlər.

Qomel sakinləri deyiblər ki, yaralı ruslar avtobus və "PAZ"-larla, ölənlər isə yük maşınları ilə aparılır.

"Onların cəsədlərini "Ural" maşınlarla hava limanına, oradan isə Rusiyaya aparırlar", - Qomel sakini bildirib./Moderator


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2073   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021