Rusiya Ukraynaya hücuma illərlə bu cür hazırlaşıb

Rusiya Ukraynaya hücuma illərlə bu cür hazırlaşıbRusiyanın Ukraynaya hücum planı, aqressiyası illər öncədən planlaşdırılmışdı, Kreml təbliğatçılarının "biz hər şey etdik ki, müharibə olmasın" tezisi ağızlarından çıxan bütün söz yığını kimi yalandır.

Bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, hadisələrin xronologiyası daha əminliklə bu təcavüzün azı son 3 ildə hazırlandığını, qərarın illər öncə verildiyini söyləməyə imkan verir:

"Sadəcə, Kreml son 3 ildə ona mane ola biləcək bəzi daxili və xarici əngəlləri aradan qaldırmaqla məşğul idi.

Hazırlığın ilk böyük həmləsi Belarusda oldu – 2020-ci ilin yazında Belarusla Rusiya arasında gərginləşən münasibətlər pik nöqtəsinə çatdı. Yaz aylarında Lukaşenkonun bir neçə müsahibəsi oldu, əsas da ukraynalı jurnalist, Rusiyanın ən zəhləsi gedən media adamlarından olan Qordona geniş müsahibə verdi – Putin və Rusiya haqqında xoşagəlməz ifadələr işlətdi, "Vaqner" əməliyyatı, Rusiyanın ölkənin daxili işlərinə burnunu soxması haqqında geniş danışdı. Bundan öncə isə Lukaşenko 2018-2019-cu illərdə daha yüksək səslə "çoxvektorlu xarici siyasət" barəsində danışırdı, 2019-cu ildə Bolton, 2020-ci ilin fevralın 1-də ABŞ Dövlət katibi Pompeonun Minskə səfəri baş tutdu. Bu səfərlər və "çoxvektorlu xarici siyasət" bəyanları Kremli çox qəzəbləndirmişdi. Nəticədə məhz Kreml Belarusda inqilabi şərait yaratdı, məhz Moskva Lukaşenkoya əsas qərib kimi 2000-ci ildən 2020-ci ilə qədər, tam 20 il "Qazprombankın" Belarus bölməsinin (BelQazPromBank – səhmlərin 49,8%-i "Qazproma", 49,8%-i isə "Qazprombanka" məxsusdur) rəhbəri olmuş Babarikonu meydana çıxartdı. Moskvanın izni olmadan tualetə belə getməyən birisi Lukaşenkoya əsas rəqib, müxalifətin əsas pul dağarcığı oldu. Rusiya Lukaşenkonu öz yaratdığı müxalifət, özünün təşkil etdiyi etirazlar (aksiya iştirakçıları çoxu səmimi, dürüst insanlar idi, amma təşkilatçılıq Kremldən idi) nəticəsində Lukaşenkonu diz üstə qoydu, tam nəzarətə götürdü, Belarusu özünün quberniyasına çevirdi. Və bu məsələdə Qərbin mövqeyi çox yanlış və zərərli oldu - əgər hesablaya bilmədilərsə pis, qəsdən etdilərsə, Putinin əlinə oynadılarsa, çox pisdir (Bu məsələ gələcəkdə mütləq araşdırılmalıdır: Putinin cibində olan onlarla siyasətçi var Qərbdə). Əgər Lukaşenkonu Putin dizinin altına qoymasaydı, bu gün Ukrayna müharibəsi bəlkə də başlamazdı, başlasa belə, Rusiya qoşunlarının Kiyevə yaxınlaşması mümkünsüz olardı (xəritəyə diqqətlə baxın)".

N.Cəfərlinin fikrincə, ikinci hazırlıq addımı Navalnı ilə bağlı idi:

"Onun 2020-ci ilin yanvarında, Rusiyada seçkilərə 9 ay qalmış Almaniyadan dönmə qərarı yanlış idi, Avropada kim onun başına aldadıb Moskvaya göndərdisə, tam Putinin planına uyğun davrandı. Navalnı həbs olundu, amma əsas bu da deyil – məsələni bəhanə edib Putin müharibəyə 1 il qalmış bütün medianı, sivil toplumu təmizlədi, hamını susdurdu, tutduğunu-tutdu, qalanı da ölkədən didərgin düşdü. Bu gün Navalnı hadisəsi, QHT və medianın qətl edilməsi olmasaydı, Rusiyada ayaqda qalan, fəaliyyəti olan institut və insanların sayı çox olsaydı, bəlkə də müharibə olmazdı, olsaydı da cəmiyyət belə rəzil və susqun durumda olmazdı (Bu məsələ də ciddi araşdırılmalıdır, görəsən Qərbin hansı dairələri, kimlər Navalnını bilərək oda atıb Rusiyada bütün müxalif düşüncənin öncədən məhv etməyə Putinə kömək etdilər)".

Politoloqun fikrincə, üçünkü addım Qazaxıstan idi:

"İndi tam aydındır ki, Ukraynadan sonra sanksiyalardan yan keçmək üçün Qazaxıstan Kremlə hava-su kimi lazım idi, çox güman, Nazarbayev özünü daha müstəqil aparmaq istəyirdi, ona görə əzdilər, Tokayevi gücləndirdilər. Və bu məsələdə də Qərbin davranışları ciddi izlənilməlidir - əgər Rusiyanın Qazaxıstan üzərindən "nəfəsliyinin" olduğunu görüb buna öz maraqlarına görə səssiz qalacaqlarsa, bu da ciddi araşdırılmalı mövzu olacaq. Qərbə Rusiyadan neft-qazdan çox əlvan və nadir metallar lazımdır, bu metallar olmadan yeni enerji keçidi mümkün deyil, bu metalları almaq istəyirlər, 3-cü ölkələr vasitəsi ilə alacaqlar da, bu da əsas Qazaxıstan olacaq..."/Axar


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1547   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021