Milli parkları ziyarət edən turistlərin sayı artıb - FOTO
"Milli parklarımızda son günlərin qarlı mənzərələri baharın gəlişi fonunda fərqli əhvali-ruhiyyə yaradıb. Şahdağ, Göygöl, Hirkan, Altıağac milli parklarının ağappaq örtüyü gecikmiş də olsa, bizi təbiətimizin həzin qış nağılına qovuşdurub".
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib: "Tətil günlərində bu qışın sonuncu qarlı günlərini milli parklarımızda keçirin, təbiətin bizə bəxş etdiyi qar sürprizlərini qaçırmayın".
Xidmət rəsmisinin sözlərinə görə, baharın ilk əlamətlərini özündə təcəssüm etdirən Novruz bayramı ərəfəsində bu il milli parklarımızın bir neçəsi ağ örpəyə bürünüb, baxmayaraq ki, hər ilin bu dövründə yalnız Şahdağ Milli Parkının yüksək dağlıq ərazilərində qar örtüyü müşahidə olunurdu.
"Bu il Göygöl, Hirkan və Altıağac Milli Parklarının ərazisində də qış dövrünə xarakterik olan qarlı mənzərələr müşahidə etmək mümkündür. Daha maraqlı tərəfi də odur ki, bu dövrə xarakterik olmayan miqdarda qar yağsa da, qar örtüyünün altından bitkilərin çiçəkləməsi müşahidə olunur. Təsadüfi deyil ki, son günlərdə bu milli parkların ərazisində qarın yağması ilə bağlı turistlərin sayında xeyli artım müşahidə olunur."


Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1241 Tarix: 23 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelƏraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək
ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə
1 mart